adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
16 Sentyabr 2014 18:32
8319
ƏDƏBİYYAT

Məleykə Əsədova Cəfər Cabbarlı mükafatına layiq görüldü

Xalq artisti, Azərbaycan Milli DramTeatrının aktrisası Məleykə Əsədova Cəfər Cabbarlı adına mükafata layiqgörüldü. Adalet.az-ın məlumatına görə sevilən aktrisaya mükafat bu günAzərbaycan Yazıçılar Birliyində (AYB) keçirilən Cəfər Cabbarlının 115 illiyinəhəsr olunmuş mərasimdə təqdim olundu. Xalq artisti Cabbarlının "Aydın” pyesinəqoyulmuş tamaşadakı Gültəkin roluna görə bu mükafata layiq görüldü. 

M.Əsədova çıxışında bildirdi ki, CəfərCabbarlı yaradıcılığına müraciət ona daim uğur gətirib. Belə ki, səhnədə ilkböyük rolu məhz "Aydın” tamaşasındakı Gültəkin obrazı olub. Elə xalq artistiadına da 10 il sonra bu rola görə layiq görülüb.

Qeyd edək ki,  görkəmli sənətkarın adına təsis edilən mükafat hər il təqdim olunur. Mükafat böyük dramaturqunyaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə,əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafındaxüsusi əhəmiyyətə malik bədii nümunələrə görə teatr xadimlərinə, draməsərlərinin müəllifinə verilir.