adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Mart 2020 09:26
49072
ŞOU-BİZNES

Məleykə Əsədova 150 minlik maşını da, 3 milyonluq villanı da qəpik-qəpik pul yığıb, alıb...

"Mən məktəbə tez getdiyim üçün tez də bitirdim. On yeddi yaşımdauniversitetə qəbul oldum. Elə həmin il də atamı itirdim. O ilə kimi əziyyət nədibilməmişik. Çünki atam hər şeylə təmin edirdi. Artıq birinci kursda oxuyurdum.Səhər universitetə gedirdim, bütün dərslərimə cavab verirdim. Həm də çox yaxşıoxuyan olmuşam. Axşam tez qaçırdım rayona, qadın toylarına. Heç kəs bilmirdiki, mən gecələr toylarda olub pul qazanıram gündüzlər də dərsə gedirəm. Bunuheç anam da bilmirdi. Ümumiyyətlə mən çəkdiyim əziyyətləri kiməsə bildirməyixoşlamıram. Belə əziyyətlərlə qəpik-qəpik pul yığıb 25 kvadrat metr sahəsi olanev aldım. Öz evim olduğuna görə elə sevinirdim ki… İndi insanlar deyir, sənətadamıdır, nəyi yoxdu ki?! Amma vallah elə deyil, biz əziyyətimizlə bu yerlərə gəlibçıxmışıq. Mən hər şeyi sənətimlə qazanmışam. Deyirlər Məleykəyə evi flankəsalıb. Amma qətiyyən elə deyil. Bu gün mən necə görünürəmsə, eləyəm. Həyatda da ənböyük dəstəkçim anam oldu".

Adalet.azxəbər verir ki, bu sözlər Xalq artisti Məleykə Əsədovaya məxsusdu. O, "ATV" kanalında yayımlanan"Şou Atv" verilişində qonaq olub. Veriliş zamanı xalq artisti keçmişdəçəkdiyi əziyyətlərindən beləcə, kədərlə danışıb. O, bildirib ki, on yeddiyaşında atasını itirib və hər şey də bundan sonra başlayıb...

Amma bu danışıqlacamaatın "ağzını yığa bilməyəcəyini” fərqindədeyil

Qeyd edək ki, Prezidentin sərəncamı ilə ləğvedilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovillər öncə belə bir açıqlama vermişdi:



"Deyirlər ki, mən xalq artisti Məleykə Əsədovayadəstək vermişəm. Xeyr, əksinə o mənə çox dəstək verib. Məleykə Əsədova hərzaman mənə mənəvi dəstək olub. Onun şeir deməyindən çox xoşum gəlir. Mən ondançox ləzzət alıram. Məleykə xanım tez-tez bizim tədbirlərdə iştirak edib, şeirlər,mahnılar söyləyib. Onun sənətinin vurğunuyam. Mən vaxtilə Məleykə xanıma bir evdə bağışlamışam. İki otaqlı ev idi, birində erməni, birində isə Məleykə xanımyaşayırdı. Mən o evi Məleykə Əsədovaya hədiyyə vermişdim. Bəzi adamlar kimipulla verməmişəm. Mənim Məleykə Əsədovanın sırf sənətindən xoşum gəlirdi. Obizim dostumuzdur. Onun səlist şeir demək qabiliyyəti var. Onun şeir deməsindənçox xoşum gəlir. Bir dəfə mənə dedilər ki, ona sponsorluq edim, ancaq mən bunarazı olmadım. Sadəcə olaraq Məleykə Əsədovaya sırf sənətinə görə pərəstişedirdim".

Yeri gəlmişkən, 2014-cü ildə Məleykə xanım budəfə 150 minlik "Maserati Quattroporte” markalı avtomobilini nümayiş etdirib.Aktrisa evinin həyətində çəkdirdiyi həmin şəkili izləyicilərinin ixtiyarınaburaxıb. Bizim millət də sevirdədanışmağı... Danışmasaq çartlayarıq. Təcili sualllar yağdırılıb:Məleykə Əsədovanın aktrisa kimi qazancı ona 150 minlik maşın almağa imkanvermir. Ərindən boşandığından maşını ona həyatyoldaşının almadığı da məlumdur. Biz biləni biznesi də yoxdur. Belə də Məleykə Əsədovaya150 minlik maşını kimin aldığı sualı yaranır. Bu zaman adətən sponsorlar yadadüşür. Maralıdır, Məleykə xanımın sponsoru kimdir?

Sonda Xalq artisti bu yaxınlarda evini satlığaqoymuşdu. Qiyməti 3 miliyon dəyərləndirilən həmin evi yəqin ki, sənətçininyaxşı şeir deməsinə görə hədiyyə veriblər..Əks halda 450-500 manat maaşla 3milyonluq ev almaq üçün yemədən-içmədən41 il maaşı üst-üstə yığmalısan. Məleykə xanım bizə hesabat vermək zorundadeyilsiniz.... Uğurlar!


Əntiqə Rəşid