adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Fevral 2017 13:41
16594
MƏMLƏKƏT

Məktəblilər Xocalını andılar - FOTOLAR

Bakı şəhəri Nərimanov rayonu 47 nömrəli tam ortaməktəb Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuştədbir keçirilib.

Adalet.azxəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aytən xanımBağırova Xocalı soyqırımının mahiyyətindən danışaraq, bildirib ki:"Erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilənbu cinayətin ağır nəticələr törədib, dinc əhalinin xüsusi qəddarlıqla qətləyetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərəməruz qaldıqlarını söyləyib. Xocalı faciəsininDağlıq Qarabağ münaqişəsi tarixində ən qanlı hadisələrdən biri olduğunu tədbiriştirakşılarının nəzərinə çatdırıb”. O həmçinin qeyd etdi ki, Xocalıda başvermiş soyqırım və erməni siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq.Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil,bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında insanlvəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.Məktəbindirektoru Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun vitse-prezidenti LeylaƏliyevanın başlatdığı "Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlərdəndanışıb.


Tədbirdə iştirak edən Millət vəkili Aqil Abbas çıxış edərək dövlətino cümlədən millət vəkillərinin Xocalı soyqırımı, erməni işğalının dünyaictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən danışaraq, belətəbirlərdə daha yasa batmağa yox, vətənpərvərlik hislərinin təbliğinə üstünlükverilməsinin vacibliyini vurğulayıb. Azərbaycan xalqına qarşı törədilmiş Xocalıqətliamının dünya ictimaiyyəti tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağmünaqişəsinin ən qanlı səhifəsi və insanlığa qarşı cinayət kimi tanındığınıdeyən millət vəkili bildirdi ki, bu ağlasığmaz dəhşətləri törədənlər ədalət qarşısındacavab verməlidir.


Tədbirdə Aqil Abbasın "Dolu” filmdən kadrlar göstərilib. Film Qarabağmüharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşənAzərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. "Dolu” filmihəqiqətən də indiyə qədər Qarabağ müharibəsi haqda çəkilmiş filmlərin ənyaxşısıdır. Həm ssenari, həm rejissor işi, həm operator, effektlər, musiqi, birsözlə film küll halında yaxşı filmdir. Filmdə müharibə, döyüş, səngər, "Qrad”mərmilərindən yaranmış partlayış səhnələri çox gözəl effektlərlə verilib.Əgər tamaşaçı kinoya baxdığını unudursa bu filmin uğurudur. 8-ci sinif şagirdi Azad film haqqında təəssüratları Millət vəkilitərəfinən bəyənilib.

Çıxış edən Qarabağ döyüşçüsü, Xocalı soyqırımı zamanı düşməninnəzarəti altında olan ərazilərdən meyitlərin çıxarılmasında, əsir xocalılarınazad olunması prosesində yaxından iştirak edən və bu işdə müstəsna xidməti olanZahid Qarayev o zaman gördükləri hadisələrdən söz açıb. O, Xocalı soyqırımızamanı erməniləri törətdiyi vəhşiliyin miqyasından danışıb.


Məktəbindirektor müavini Gülnarə Rüstəmova Dürdanə Ağayevanın "Erməni zindanında səkkizgün” kitabı haqqında danışıb.Tədbirin təşkilatçısı və ssenari müəllifi,məktəbinDil-ədəbiyyat müəllimi Aybəniz Rüstəmovanın hazırladığı proqram üzrəşagirdlərin və xanəndə Murad Kəngərlinin ifasında bədi-musiqili çıxışlar təqdimediblər. Ədalət Məhərrəmov belə yüksək səviyyəli tədbir düzənlədiklərinə görə,Aytən Bağırovaya, Aybəniz Rüsəmovaya və məktəbin bütün müəllim - şagirdkollektivinə minnətdarlığını bildirib.

Tədbirdə məktəbin VII sinif şagirdi Fidan Məmmədlinin ÇingizMustafayevin "Ana mən şəhid oldum” mahnısını və Şəmistan Əlizamanlının "CənabLeytenant” mahnılarını çox gözəl ifa edib. Daha sonra məktəbin XI sinif şagirdiNatiq Hüseynov Məmməd Arazın "Dur ayağa Azərbaycan!” şeirini çox gözəl səsləndirib.

Azərbaycanın ilk hərbi direktoru, hərbi vətənpərvərlik mahnılarınınsevimli ifaçısı Şəmistan Əlizamanlının ifalarının audio - təqdimatı ilə tədbirsona çatıb.


Ceyhun RÜSTƏMOV