adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Iyun 2018 12:59
13493
ƏDƏBİYYAT

MƏKTƏBLİ YAZIÇI

Naxçıvan səfərindənbir qədər öncə maraqlı informasiya ilə tanış olmuşdum. Həmin informasiyanıtelefon söhbətimiz zamanı Naxçıvan Yazıçılar Birliyinin sədri, eləcə dəNaxçıvan Ali Məclisinin deputatı, şair dostum Asim Yadigar da təsdiq etdi. Və mənhəmin informasiyadan və söhbətdən sonra özümdə baş qaldıran maraq hissiniNaxçıvanda olarkən təkrar dilə gətirdim. Və Asim müəllimdən xahiş etdim ki, gəncistedadın, yəni Naxçıvandakı Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin7-ci sinif şagirdi Nicat Əsədlinin ilk kitabını mənə hədiyyə etsin. Asim müəllimarzumu yerinə yetirdi. Elə buradaca onu da vurğulayım ki, Naxçıvandan Bakıyaqayıdanda özümlə dostlarımın yenicə işıq üzü görmüş kitablarını da gətirdim.İnşallah, yaxın zamanlarda həmin kitablar barəsində oxucularıma məlumat verəcəm.Bu gün isə gənc istedadın, yazar həmkarım, qələm dostum, 7-ci sinifdə oxuyanNicat Əsədlinin kitabından danışmaq istəyirəm. 14 yaşlı həmkarım digər yaşıdlarındanfərqli olaraq öz maraq dünyasını sözdə, qələmdə, kitab-dəftərdə tapıb. Dərsləriilə yanaşı, kitabları da oxumaq, onların səhifələri arasında öz xəyallarınıqurmaq, arzularının izinə düşmək istəyi onu məhz söz dünyasına bir ilahi istəklə,bir bəşəri duyğularla bağlayıbdı. Axı, hər kitab özü ayrılıqda bir dünyadı. O təkcəyazarın, müəllifin deyil, həm də oxucunun və eləcə də kitabdakı qəhrəmanların,süjetlərin yaşadığı məkanlar və bir də o məkanların təsvirindən, tərənnümündənkeçib gələn pıçıltılardı. Bax, gənc istedadı da müəyyən mənada kitaba tərəf çəkibgətirən, kitabla arasında körpüyə çevirən elə bu ilişgilərdi.


Nicat Əsədliözünün bu yığcam, bir məktəbli təfəkkürünün bəhrəsi olan kitabında öz dünyagörüşünün parametrlərini də büruzə verə bilib. Çünki onun oxuduğu kitablarınadlarına diqqət yetirəndə aydın şəkildə görmək olur ki, Nicat təkcə öz yaşınındeyil, həm də yetkinlik yaşını keçmiş insanların da maraq dünyasını çəkənkitablara üz tutub. Bu da ona imkan verib ki, o, uşaq dünyası ilə yanaşı,yuxarı yaş həddinə yaxın mövzuların da nəfəsini duya bilsin. Bax, bu mənadaonun oxuduğu kitabların siyahısına göz yetirirəm. Onların arasında böyük HüseynCavidin "Ana" əsəri xüsusi yer tutur. Təkcə "Ana"nı oxumaqdeyil, Cavid Əfəndinin digər əsərləri ilə də tanış olmağa maraq göstərən Nicatsonda özünün yığcam informasiyasını,bilgisini yazıya çevrir. Sanki yaşıdlarına Cavid əfəndini, onun kimliyini vəyaradıcılığını təqdim edir. Bu hardasa sərbəst mövzuda yazılmış inşanı daxatırladır. Və yaxud Çingiz Abdullayevinəsərləri, Elçin Hüseynbəyli, Süleyman Sani Axundov, Yunus Oğuz... Mən bu sıranıona görə adda-budda qeyd edirəm ki, "Ədalət"in oxucuları Nicatın həmklassiklərimizə, həm də müasirlərimizə olan sevgisini görüb duya bilsinlər.Çünki Nicat özünün oxuduğu kitablar barəsində hazırladığı yığcam, amma diqqətçəkənbilgilərilə öz oxucusuna həmin kitablar barəsində anaptasiya xarakterliinformasiyalar ötürür. Məsələn, o, "Başsız atlı", "Amfibiyaadam", "Balaca şahzadə", "Cinayət və cəza","Baskerbitlərin iti", "Mən, nənəm, İliko və İllarion","Mavi qatarın sirri", "Qəhvəyi kostyumlu kişi","Ovod", "Səfillər", "Heraklin on iki qoçaqlığı","Don Kixot" və s. Ümumilikdə Nicat 67 kitab haqqında özünün təəssüratınıişıq üzü görmüş "Sevimli dostlarım - kitablar" adlı ilk əsərində bizlərəçatdırır. Və adı çəkilən kitabların özlərinin dünyası gənc müəllifin dünya ədəbiyyatıilə yanaşı, Azərbaycan ədəbiyyatının da yaradıcılarına həm sevgisini, həm dəonlardan bəhrələnmək qabiliyyətini üzə çıxarıbdı. Onun "Dədə Qorqud","Koroğlu", "Bəhlul Danəndə", həmçinin Nizaminin "Hikmətvə nəsihətlər"i və Qurban Səidin "Əli və Nino" əsərlərilətanışlığı da dediklərimizi bir daha sübut edir.

Çox maraqlıdırki, gənc müəllifin uğuru Naxçıvan Ali Məclisinin sədri cənab Vasif Talıbovun vəeləcə də respublika rəhbərliyinin diqqətini özünə çəkib. Hətta Ali Məclisin sədrigənc müəllifə təbrik məktubu göndərib, onu mükafatlandırıb. Və respublikadakitaba sevgi, kitabın yayımı, bədii ədəbiyyatın oxunması ilə bağlı Ali Məclis sədrinintəşəbbüsü fonunda gənc Nicat Əsədlinin araya-ərsəyə gələn kitabı özü-özlüyündəgözəl bir nümunəyə çevrilib.

Bu gün Naxçıvanməktəblisi olan Nicat Əsədli həm yaşıdlarının, həm də sözə, kitaba dəyər verənlərindiqqət mərkəzindədi. Düşünürəm ki, gənc həmkarım başlanğıcında olduğu bu yolunçətinliklərini uğurla keçəcək. Çünki onun valideynləri ilə yanaşı, müəllimləridə, yaşıdları da, xüsusilə Ali Məclisin sədri Vasif Talıbov da inanaraqxeyri-dua verib. Bu, Nicat Əsədli üçün böyük ədəbiyyata çox önəmli, uğurlu biryol deməkdi.


ƏbülfətMƏDƏTOĞLU