“Məktəbdə cinsi qısnama iddiası ilə bağlı heç bir sübut tapılmadı” - Nazir
Elm və təhsil naziri Emin Əmrullayev məktəbli qızlar arasında baş verən bullinqə münasibət bildirib.
Adalet.az xəbər verir ki, nazir bildirib ki, bu hadisə hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:
“Bu hadisə də daxil olmaqla məktəbli ilə bağlı istənilən hala görə 150 min müəllimi günahlandıra bilmərik. Çünki yeniyetmələr arasında belə hallar baş verir".
Nazir 6 nömrəli məktəbdə baş verən hadisəyə də münasibət bildirib:
"6 nömrəli məktəbdə də 8 yaşlı, ikinci sinifdə oxuyan uşağın valideyni iddia edib ki, 13 yaşlı uşaq onun övladını hansısa cinsi zəmində qısnamaya məruz qoyub. Dərhal burada hansısa cinayət halı və ya hüquq pozuntusu ola bilər deyə polis orqanlarına müraciət edilir. Polis orqanları aidiyyəti araşdırmanı aparıb, ekspertiza da aparılıb, nəticə etibarı ilə bu hadisənin baş verib-verməməsi ilə bağlı hansısa sübut əldə olunmayıb".
Gəncədə baş verən hadisəyə gəldikdə isə nazir deyib ki, IX sinifdən sonra təhsilini davam etdirməyən bir şagird məktəbə gedib:
"Məktəb kontingenti təbii olaraq onu məktəb üzvü olmadığı üçün içəri buraxmayıblar. Həmin şagird isə bu və ya digər səbəbdən başqa şagirdə xəsarət yetirərək həyatına son qoyub. Çox kədərli hadisədir, heç kim bunu istəməz. Amma yeniyetmələr aramızda cinayət halları yalnız bizim ölkədə və bizim təhsil sistemimizdə deyil. Bununla bağlı da hüquq-mühafizə orqanlarına məlumat verilib, hazırda cinayət işi aparılır. Cəzanı da yenə biz yox, məhkəmə verəcək".
Digər Xəbərlər
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
15 Sentyabr 2026 11:09
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - VİDEO
15 Sentyabr 2026 10:59


Bakı -°C

