Məkkədə Həcc zamanı ölən uşaq azərbaycanlı deyil - RƏSMİ
Məkkədə Həcc ziyarəti zamanı vəfat edən dörd yaşlı uşaq azərbaycanlı deyil.
Adalet.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanlar İdarəsindən (QMİ) bildirilib.
Bildirilib ki, məlumat həqiqəti əks etdirmir: “Azərbaycanlı zəvvarlar arasında dörd yaşlı uşaq yoxdur. Yayılan informasiyaya görə, vəfat edən uşaq misirli olub”.
Xarici KİV-in məlumatına görə, əslində, vəfat edən uşaq Misir vətəndaşıdır. Dörd yaşlı Yəhya Məhəmməd Ramazan Həcc mərasimlərini yerinə yetirən ailəsi ilə birlikdə ikən kəskin isti hava şəraitinə görə dünyasını dəyişib.
Qeyd edək ki, sosial şəbəkələrdə dörd yaşlı azərbaycanlı uşağın Məkkədə Həcc ziyarəti zamanı həyatını itirdiyi haqqında məlumat yayılmışdı. Məlumat üçün bildirək ki, Azərbaycandan Həcc ziyarətinə yollanan zəvvarlar arasında ən kiçiyi 2013-cü il təvəllüdlüdür.
Digər Xəbərlər
30 Sentyabr 2026 23:05
Qarabağ müharibəsində itkin düşənlərin sayı açıqlandı
30 Sentyabr 2026 23:03
Azərbaycanın sahillərini BARBAROS qoruyacaq
30 Sentyabr 2026 22:40
Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? - Açıqlandı
30 Sentyabr 2026 16:43
Deputatların aylıq pensiya əlavəsi vəzifəyə görə müəyyən ediləcək
30 Sentyabr 2026 16:41
Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək
30 Sentyabr 2026 16:24
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək
30 Sentyabr 2026 15:57
Dövlət qulluqçularının rotasiya qaydası dəyişir
30 Sentyabr 2026 15:56


Bakı -°C

