adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 May 2019 15:57
12482
ƏDƏBİYYAT

MƏHSULDARLIQ MÜCƏSSƏMƏSİ

Vaqifİsaqoğlunu uzun illərdir ki, tanıyıram. Xətrini istədiyim adamlardandır.sözümüz-söhbətimizhəmişə tutur. Tez-tez hər birimizə doğma olan «Azərbaycan» nəşriyyatında oturubçay içirik. Ən adi mövzular barəsində də elə ürəkdən, elə şövqlə danışır ki, eləbil Amerikanı təzədən kəşf edib.

Birincisi,Moskva xatirələri. Mən bir çox illər ərzində müxtəlif qəzetlərin Rusiya Federasiyasıüzrə müxbiri olmuşam. O, isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetininjurnalistika fakültəsini bitirib. Hər ikimizin bu meqapolisə vurğunluğumuzdan qaynaqlananMoskva ilə bağlı söhbətlər, xatirələr bitib-tükənmək bilmir. İkincisi, Vaqif qardaşımailəcanlı, ev canlı bir insan olduğuna görə nəvələr haqqında da söhbətlərimiz başalıb gedir. Onun bu keyfiyyətinə də ürəkdən hörmət bəsləyirəm. Maşallah, Tural kimimükəmməl bir qələm sahibinin atasıdır. O öz yerində. Digər danışmaqdan doymadığımızmövzu isə nəvələrimizdir. Onların hərəkətləri, hoqqaları barədə gaplaşdıqca həmürəyimiz riqqətə gəlir, həm də ovqatımız təzələnir.

Vaqif İsaqoğlundakı hətta bir tərəfi sadəlövhlüyə söykənənsəmimiyyət, onda Allah vergisi bir məziyyətdir ki, hamımız onu belə çox istəyirik…

Ancaq Vaqif deyəndə, onu görəndə, danışıb-gülündə, hərhansı bir olayısa müzakirə edəndə bir məsələ məni həmişə düşündürür: təvazökarlıqdanuzaq olsa da, mən də ətrafımızdakılar da, azdan-çoxdan qələm sahibləriyik, mənimdə xeyli sayda kitablarım çap olunub. Və mən yaxşı bilirəm ki, yazmaq, kitab çıxarmaqnə qədər məşəqqətdir və nə boyda fərəhdir…

Di gəl ki, mənim sayın qardaşım Vaqif İsaqoğlu lap «ağeləyib». Ay kişilər, adamın 76 kitabı nəşr edilər? Əgər ciddi mülahizə eləsək, bucür yaza bilmək əsl fədakarlıqdır, zəhmətsevərlikdir, böyük qələm eşqidir, özünüədəbiyyata həsr etməkdir. Vallah, başqa söz tapa bilmirəm…

Tezliklə Vaqif İsaqoğlunun 60 yaşının işığının ətrafınatoplaşacağıq. Bu gedişlə getsə, ömür vəfa eləsə, Vaqif qardaşımın 70 illik yubileyindəonun neçə kitabı çıxacağını təxminən də olsa təsəvvür edən oğul istəyirəm ki, çıxsınortaya.

Bir daha 60 illik yubileyin mübarək, qardaşım!

NizamiRəhmanlı,

yazıçı, jurnalist,

Prezident təqaüdçüsü