adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Aprel 2020 13:10
26652
ŞOU-BİZNES

Mehriban Xanlarova da Afaq Bəşirqızını müdafiə etdi: “Siz axı kimsiniz?”

Yəqinki, unutmamısınız! Ötən il Əməkdar artist Mehriban Xanlarova yenə hərəkətləriilə diqqət çəkməyi bacarmışdı.

Onunaparıcısı olduğu, ARB-də yayımlanan "Canım sizə desin” adlı proqramında "AzəriVandam” kimi tanınan sosial şəbəkə fenomeni qonaq idi.Əməkdar artistinonunla etdiyi rəqs və göstərdiyi şou müzakirələrə səbəb oldu. Belə ki, aktrisaefirdə təpik atdı. Onun bu addımı birmənalı qarşılanmayıb və kəskin tənqid edildi.

Adalet.az xəbər verir ki, Xalq artisti Briliant Dadaşovadan,aparıcı Elgizdən. Şairə Nazilə Səfərlidən sonra Əməkdar artist MehribanXanlarova da Afaq Bəşirqızının müdafiəsinə qalxdı.

Sənətçibirneçə gün öncəARB TV-də yayımlanan "Elgizlə izlə” verilişinin canlıefirində Xalq artisti Afaq Bəşirqızının telefonda işlətdiyi qeyri-etik ifadələrə münasibət bildirib: ""Əskim tüstülüdür. Birsöz deyirəm, o dəqiqə hamı sözlərimi təhrif edib, özünə sərf edən şəkildəmüzakirə etməyə başlayır. Amma birmənalı şəkildə sevimli sənətkarımız Afaqxanımın tərəfindəyəm”.Sosial şəbəkələri açırsan, hamı baltanı əlinə alıb.Bilib-bilmədən tənqid bir yana, təhqir edirlər. Elə söyüşlər yazırlar ki...Özlərihansı tərbiyədən, əxlaqdan, vicdandan danışırlar? Sosial şəbəkə izləyiciləri eləbiədəb sözlər yazıblar ki, mən o sözləri dilimə gətirməyə utanıram. Bəsdirin,yetər artıq!

Kiminixtiyarı var ki, xalqın sevimli sənətkarını gözdən salıb, nalayiq ifadələrlə təhqiretsin? Siz axı kimsiniz? Tənqid edə bilərsiniz, amma bir insanı bu dərəcədə təhqiretməyə icazə verilməyib. Ucundan tutubucuzluğa gedirlər. Ar olsun sizə!Afaq xanım görkəmli sənətkarımızdır. Ən azından yaşına hörmət etməyi bacarın!”

.Əntiqə Rəşid