adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Aprel 2024 09:00
798
GÜNDƏM

Mehriban Əliyevadan Ramazan bayramı ilə bağlı PAYLAŞIM

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib.

Adalet.az xəbər verir ki, instaqramdakı paylaşımda qeyd olunub:

"İnsanların qəlbini və düşüncəsini nurlandıran, onları xoş əməllərə dəvət edən müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirirəm. Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Ramazan bayramınız mübarək!".