adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Sentyabr 2017 16:25
10198
MƏMLƏKƏT

Mehriban Əliyeva körpələr evində - Fotolar

Azərbaycan Respublikasının Birinci vitse-prezidentiMehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində əsaslı şəkildətəmir edilərək yenidən qurulan 105 nömrəli körpələr evi-uşaq bağçasındayaradılan şəraitlə tanış olub.

Adalet.az xəbər verir ki, Bakı Şəhərİcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycanın Birincivitse-prezidentinə körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumatverdi.



Bildirildi ki, 1985-ci ildə inşa edilmiş bu müəssisə istifadəyə verildiyivaxtdan heç vaxt təmir olunmayıb. Sonradan uşaq bağçasının bir hissəsindəməcburi köçkünlər yerləşdiyindən müəssisədə ümumilikdə 60 uşaq olmaqla 4 qrupfəaliyyət göstərib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqedilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadiinkişafına dair Dövlət Proqramı”nın tədbirlər planının icrası ilə əlaqədar uşaqbağçasında məskunlaşmış məcburi köçkün ailələri Mehdiabad qəsəbəsində salınmışyeni yaşayış massivinə köçürüldükdən sonra burada əsaslı təmir və yenidənqurmaişləri həyata keçirilib. İndi uşaq bağçası 230 uşaq yerlik olmaqla 12 qruplafəaliyyətə başlayıb. Bütün otaqlar zəruri avadanlıq və havalandırma sistemi ilətəchiz olunub. Ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi hərzaman dövlətin diqqət mərkəzindədir. Müasir körpələr evi-uşaq bağçalarınınistifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinininşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidənqurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, HeydərƏliyev Fondu da xüsusi töhfə verir.


Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması,bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunması ilə bağlı layihələriuşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycandaaparılan siyasətin uğurlu və məntiqi nəticəsidir. Körpələr evi-uşaq bağçasınınərazisi abadlaşdırılıb, həyətyanı sahədə attraksionlar quraşdırılıb. AzərbaycanRespublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimirayonunda yerləşən bu körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonrayaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı HacıbalaAbutalıbov məlumat verərək bildirdi ki, bu bağça 1968-ci ildən fəaliyyətgöstərir.


2007-2008-ci illərdə körpələr evi-uşaqbağçasının binasında cari təmir işləri aparılsa da məktəbəqədər təhsilmüəssisəsinin əsaslı təmirə ehtiyacı var idi. Burada bu ilin fevral ayındabaşlanılan təmir nəticəsində uşaq tərbiyə müəssisəsində lazımi şərait yaradılıb.İkimərtəbəli körpələr evi-uşaq bağçası 12 qrupdan ibarətdir. Bu qrupların hərbiri 3 otaq olmaqla lazımi inventarla təchiz edilib. Bütün mebel dəstləri vəavadanlıq yenisi ilə əvəz olunub. 225 uşaq yerlik müəssisə azyaşlı sakinlərinzövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərəyiyələnmələrini təmin edir. Körpələr evi-uşaq bağçasında balacalarıntəlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onların bacarıq və istedadlarınıaşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb.


Üçkorpuslu məktəbəqədər təhsilmüəssisəsində müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman vəmusiqi zalları, yeməkxana yaradılıb. 2014-cü ilin fevral ayında Heydər ƏliyevFondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsilmüəssisələrinin inkişafı proqramının təqdimatı zamanı Fondun məktəbəqədərtəhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıqlanıb vəölkədə yeni bağçaların inşasına ehtiyacın olduğu müəyyənləşib. Nəsimi rayonundaəsaslı təmir edilən "Qərənfil” körpələr evi-uşaq bağçası bu istiqamətdə atılanaddımlardan biridir. Uşaqların maraqları nəzərə alınaraq bağçanın gözoxşayanhəyəti, xüsusi istirahət guşələri var. Burada da yenidənqurma işləri aparılıb,müasir uşaq əyləncə qurğuları quraşdırılıb.


Birinci vitse-prezident MehribanƏliyevaya məlumat verildi ki, uşaqların yol hərəkəti qaydalarına yiyələnmələriüçün xüsusi guşə yaradılıb. Bundan başqa, uşaq müəssisəsinin ətrafındakıərazidə də abadlıq işləri görülüb. Bağça ilə tanış olan Azərbaycanın Birincivitse-prezidenti Mehriban Əliyeva müəssisənin işinə uğurlar arzuladı.