Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Adalet.az-ın xəbərinə görə, Mehriban Əliyeva özünün sosial şəbəkədəki hesabında təbrik mətni paylaşıb deyilir:
"Əziz həmvətənlər!
Əziz hərbi qulluqçular və veteranlar!
Bu gün biz Azərbaycan Silahlı Qüvvələri Gününü qeyd edirik. Bu, hərbi rəşadət, şərəf və igidlik bayramıdır. Bu gün biz həyatını riskə məruz qoyaraq Vətənimizi müdafiə edənlərin qəhrəmanlığına ehtiramımızı bildiririk.
Silahlı Qüvvələr Günü əsl ümumxalq bayramıdır. Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır. Dövlətin hərbi qüdrəti bir çox amillərlə şərtlənir. Lakin bizim ordumuzun əsas gücü Azərbaycanın əsgər və zabitlərinin döyüş ruhu və Vətənə hədsiz sevgisidir.
Əziz hərbçilərimiz! Biz sizin mərdliyiniz, şücaətiniz və ən yüksək peşəkarlığınızla fəxr edirik. Bu əlamətdar bayram münasibətilə sizi ürəkdən təbrik edirəm”.
Digər Xəbərlər
29 Aprel 2024 09:34
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
29 Aprel 2024 09:10BÖYÜK QAYIDIŞ: Daha 39 ailə Füzuliyə döndü
28 Aprel 2024 21:01Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14