Məhkumların qiraəti elektronlaşdı - Fotolar
Yeni istifadəyə verilmiş müasir standartlara uyğun Şəki Penitensiar müəssisəsində kompüter kursunu başa vurmuş məhkumların ilk qrupuna müvafiq sertifikatların təqdim olunma mərasimi keçirilib.
Adalet.az-ın Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, ilkin kompüter biliklərinə yiyələnmiş 29 nəfər məhkuma "24 F/PS – Birinci yaradıcılıq birliyi”nin sertifikatları təqdim olunub.
Kompüter vərdişlərinə yiyələnmiş məhkumlar ilk dəfə olaraq müəssisədə təşkil olunmuş elektron kitabxananın xidmətlərindən istifadəyə başlayıblar.
Tədbirdə Şəki Regional ədliyyə şöbəsinin və Penitensiar xidmətin Baş idarəsinin məsul əməkdaşları iştirak ediblər.
Azadlıqdan məhrum edilmiş şəxslərin sosial müdafiəsinin təmin edilməsi, cəzadan azad edildikdən sonra müasir cəmiyyətə adaptasiya olunmalarına yardım məqsədi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Bu baxımdan penitensiar müəssisələrdə təşkil olunan dil və kompüter kursları, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının ən müasir kompüter avadanlıqları ilə təchiz olunması xüsusi əhəmiyyət kəsb edir.




Digər Xəbərlər
14 Sentyabr 2026 18:00
Sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
14 Sentyabr 2026 17:51
Sabahdan iş rejimi DƏYİŞİR
14 Sentyabr 2026 15:25
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
12 Sentyabr 2026 16:23
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış oldular - FOTOLAR
12 Sentyabr 2026 12:35
Bakıda təmizlik və abadlıq işləri həyata keçirildi - FOTOLAR
12 Sentyabr 2026 11:31
"Ulduz" stansiyasının önündən keçən yola asfalt çəkilir
12 Sentyabr 2026 10:07
Dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!
11 Sentyabr 2026 22:02


Bakı -°C

