adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
09 Aprel 2021 16:25
34031
HÜQUQ

Məhkəmə "İDEAL" mağazalar şəbəkəsinin əvvəlki sahibinin şikayətini rədd etdi

Bakı Apellyasiya Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində olan həbs qətimkan tədbiri qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Ramin Qurbanovun sədrliyi ilə keçirilən iclasda şikayət araşdırılsa da, təmin edilməyib.

İttihama görə, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib və Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.