Məhkəmə prokurorluğun protestini rədd etdi, sürücü bəraət aldı
Bakı Apellyasiya Məhkəməsində Binəqədidə piyadanın ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Ramiz Mirzalıyevin barəsində Binəqədi rayon Məhkəməsinin çıxardığı bəraət hökmündən verilən protestə baxılıb.
Trend-in məlumatına görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti araşdırılsa da, təmin edilməyib.
Məhkəmə birinci instansiya məhkəməsinin bəraət hökmünü qüvvədə saxlayıb.
Xatırladaq ki, Binəqədi rayon Məhkəməsi piyadanın ölümündə sürücünün günahı təsdiqlənmədiyi üçün ona bəraət verib. Məhkəmə istintaqı zamanı məlum olub ki, R.Mirzalıyevin vurduğu piyada xəsarətdən ölməyib.
Yaralı Azərbaycanda bir müddət müalicə olunandan sonra Gürcüstana aparılıb.
O, hadisədən 1 il 4 ay sonra Gürcüstanda dünyasını dəyişib.
İttihama görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində "Vaz 2107" markalı avtomobil yolu keçən piyadanı vurub. Sürücü dərhal piyadanı xəstəxanaya çatdırıb.
Faktla bağlı Binəqədi rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Digər Xəbərlər
29 Aprel 2024 17:35
Baş prokuror Türkiyə nümayəndə heyəti ilə görüşüb
29 Aprel 2024 15:56Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı
27 Aprel 2024 12:57Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmə: “Dövlət orqanlarına da girib hər kəsi güllələmək istəyirdim”
26 Aprel 2024 15:43Kamran Əliyev Ağdaşda vətəndaşları qəbul edib
26 Aprel 2024 15:33