“Məhkəmə islahatlarında yeni mərhələ” – Brifinq
Ədliyyə Nazirliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində "Məhkəmə islahatlarında yeni mərhələ” mövzusunda brifinq keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Vəkillər Kollegiyasının və Mətbuat Şurasının rəhbər şəxsləri, hakimlər, hüquqşünaslar, deputatlar, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Aynur Sabitova dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanının əhəmiyyəti barədə geniş ictimai müzakirələrin aparıldığını, hazırkı tədbirin bu mühüm sənədin mahiyyətinin və istiqamətlərinin əhaliyə daha dolğun və ətraflı çatdırılmasında önəmini qeyd edib.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərov qeyd edib ki, sürətli islahatlar paketinin içərisində məhkəmə sahəsinə ayrılan diqqət xüsusi önəm kəsb edir.
Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov vurğulayıb ki, ədliyyə və məhkəmə sistemi üçün mühüm "yol xəritəsi” olan fərmanın təxirəsalınmadan icrasına başlanılıb, o cümlədən bu mühüm sənədin əhəmiyyəti barədə ardıcıl maarifləndirmə tədbirləri, ictimai müzakirələr aparılır: "Artıq beynəlxalq təcrübələr öyrənməyə başlanılıb, qanunvericilik layihələrinin maketi hazırlanır. Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birgə Əlaqələndirmə Komissiyası yaradılıb, tədbirlər planı təsdiq olunaraq həyata keçirilir".
O deyib ki, dövlət başçısının rəhbərliyi ilə son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər davam etdirilir, məhkəmə sistemi müasirləşdirilir, vətəndaşların məhkəmələrə əlçatanlığı asanlaşdırılır, işlərə daha operativ və keyfiyyətlə baxılması, məhkəmələrdə şəffaflığın artırılması və elektron məhkəmə sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı mühüm işlər görülür, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik daim təkmilləşdirilir.
Çıxışlarda dövlət başçısının fərmanının vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin daha etibarlı təmin olunmasına, ədalət mühakiməsinə ictimai etimadın yüksəlməsinə xidmət etdiyi qeyd olunub, bu mühüm sənədin vaxtında və dürüst icrasının məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə, məhkəmələrə kənar müdaxilələrin qarşısının alınmasına, qeyri-prosessual münasibətlərin, süründürməçiliyin və digər neqativ halların yolverilməzliyinin, məhkəmə qərarlarının ədalətliliyinin və vaxtında tam icrasının təmin olunmasına, şəffaflığın artırılmasına, hakimlərin iş yükünün azalmasına, işlərə baxılmasının keyfiyyətinin yüksəlməsinə, əhaliyə daha çevik, asan və alternativ xidmətlərin göstərilməsinə imkan yaradacağı bildirilib.
Sonra sual-cavab sessiyası keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin yekununda Nərimanov Rayon Məhkəməsinin müasir binası və "Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə tanışlıq olub, media-tur təşkil edilib.
Digər Xəbərlər
30 Aprel 2024 14:53
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
30 Aprel 2024 12:49Baş Prokurorluq: Azad edilmiş ərazilərdən 608 nəfərə aid insan qalığı müəyyən edilib
29 Aprel 2024 17:35Baş prokuror Türkiyə nümayəndə heyəti ilə görüşüb
29 Aprel 2024 15:56Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı
27 Aprel 2024 12:57