adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Iyul 2017 17:18
65286
MÜSAHİBƏ

Məhkəmə fəaliyyətinin müasirləşdirilməsi daim diqqətdədi - MÜSAHİBƏ

Mətbuatdan məlumolduğu kimi Milli Məclisin son iclasında bir qrup ali və apellyasiya məhkəmələrihakimlərinin təyinatı aparılmışdır. Bununla əlaqədar Məhkəmə-Hüquq Şurasıaparatının rəhbəri Cavid Hüseynova müraciət edib onun fikirlərini bölüşdük.

- Cavid müəllim,məhkəmə sistemində olan son dəyişikliklər ictimaiyyətin də marağına səbəbolmuşdur. Bu məsələlərlə bağlı oxucularımıza məlumat verməyinizi xahiş edərdik?

- Bildiyinizkimi ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə islahatının əsas istiqamətlərindənbiri də yüksək hazırlıqlı və peşəkar hakim korpusunun formalaşdırılmasıdır.Bununla əlaqədar, mütəmadi olaraq hakimliyə namizədlərin seçimi aparılır,hakimlərin fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilərək onların işinidavam etdirməyə yararlılıqları müəyyən edilir.

Qeyd etdiyiniz dəyişikliklərədə məhz cari ilin iyul ayında səlahiyyət müddəti bitən hakimlərin fəaliyyətininqiymətləndirilməsinin nəticəsi kimi baxmaq lazımdır. Belə ki, Məhkəmə-HüquqŞurası tərəfindən səlahiyyət müddətləri başa çatan ali və apellyasiya məhkəmələrinin42 hakiminin fəaliyyəti ətraflı təhlillər aparılmaqla qiymətləndirilmişdir.

Bunun nəticəsiolaraq 8 nəfərin fəaliyyətində olan nöqsan və çatışmazlıqları nəzərə alınaraqaşağı məhkəmələrə keçirilməsi, vətəndaşların haqlı narazılığını doğuranpozuntulara yol verən 6 nəfərin isə səlahiyyətlərinə xitam verilməsi qəraraalınmışdır. Eyni zamanda 25 nəfərin tutduqları vəzifəyə təyinatı, 3 nəfərin işyerinin dəyişdirilməsi barədə müvafiq təkliflər verilmişdir.

Həmçinin, hakimkadrlardan səmərəli istifadə edilməsi, xüsusilə əhalinin daha çox təmasdaolduğu birinci instansiya məhkəmələrinin kadr korpusunun möhkəmləndirilməsi məqsədiləyuxarı məhkəmələrdə böyük təcrübə qazanmış bir sıra hakimlərin birinciinstansiya məhkəmələrində istifadəsi nəzərdə tutulmuşdur.

Qeyd etmək istərdimki, Məhkəmə-Hüquq Şurasının yuxarıda göstərilən təkliflərinin möhtərəmPrezidentimiz tərəfindən dəstəklənərək Milli Məclisə təqdimat verilməsi vəmüvafiq təyinatların aparılması məhkəmə hakimiyyətinin özünüidarə orqanı olanŞuraya yüksək etimadın növbəti təzahürüdür.

- Bəzi hallardason illər məhkəmələrin iş yükünün xeyli artdığı, hakim kadrlarının azlığı iləbağlı fikirlərə də rast gəlinir. Bəs bu istiqamətdə hansı işlər görülür?

- Doğrudur. Əvvəlaonu deyim ki, məhkəmələrin iş yükünün çoxluğu təkcə Azərbaycanda deyil, bütündünyada məhkəmə fəaliyyətinin ən aktual cəhətlərindəndir. Bu mənada Azərbaycanda istisna deyil. Ölkəmizin sosial-iqtisadi inkişafı və mülki dövriyyəningenişlənməsi, habelə əhalinin məhkəmələrə çatımlığının asanlaşması üzrə görülənardıcıl tədbirlər məhkəmələrə daxil olan işlərin sayına da əsaslı təsir göstərmişdir.Təkcə onu demək kifayətdir ki, yeni məhkəmə sisteminin fəaliyyətə başladığı2000-ci illə müqayisədə məhkəmələrdə baxılan mülki işlərin sayı 20 dəfədənartıq çoxalmışdır.

Bununla belə işyükü çox olsa da hakimlərimiz onun öhdəsindən layiqincə gəlməyə çalışırlar.

Ədalət MühakiməsininSəmərəliliyinə dair Avropa Komissiyasının (CEPEJ) 2016-cı ildə dərc etdiyihesabata əsasən Azərbaycanda mülki işlərin məhkəmədə həllolma faizi 99,5 faiz,orta həlletmə müddəti isə bütün Avropada ən yaxşı hədd sayılan aşağı müddət - 33 gün təşkil edir. Əslindəbu göstəricilər özlüyündə böyük nailiyyətdir. Bir çox Avropa dövlətləri beləgöstəriciləri arzu edə bilərlər.

Məsələn, qonşuGürcüstanda hər 100 nəfərə düşən mülki işlərin sayı Azərbaycana nisbətən 2 dəfəaz olsa da, işlərin həllolma faizi 93 faiz, orta həlletmə müddəti isə 3 dəfədaha artıq - 100 gün təşkil edir.

Eyni zamanda ölkəmizdəmülki xarakterli işlər üzrə birinci instansiya məhkəmələri qərarlarının 98.5%-nin, inzibati işlər üzrə qərarların isə təxminən 90 %-nin sabit qalmasıhüquqların məhkəmə müdafiəsinin real göstəricisi hesab olunmalıdır.

Təbii ki, bugöstəricilər qətiyyən arxayınlıq yaratmır, hakimlərin iş yükünün azaldılması, məhkəməfəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.

İlk növbədəhakimlərin sayının son illər ərzində əhəmiyyətli dərəcədə - 2 dəfə artırılmasıqeyd olunmalıdır. Bu illər ərzində dövlət başçısı cənab İlham Əliyevintapşırıqlarına uyğun aparılan mütərəqqi məhkəmə islahatları çərçivəsində hakimlərinseçiminə yanaşma da tamamilə dəyişmiş, şəffaf üsullarla, o cümlədən yerli vəbeynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilən çoxmərhələli seçim proseduruyaradılmışdır.

Bu mütərəqqiqaydalar əsasında 4 dəfə keçirilmiş seçim prosesi müvəffəqiyyətlə başaçatmışdır. Çoxsaylı yerli və beynəlxalq təşkilatların, diplomatik korpuslarınnümayəndələrinin iştirakı ilə keçirilmiş imtahanlar ölkəmizin kadr seçimitarixində ilk dəfə olaraq onlayn rejimində canlı yayımlanmışdır. Bütün müşahidəçilərimtahanların şəffaf və obyektivliyi ilə bağlı müsbət rəylər vermiş, nüfuzlubeynəlxalq təsisatlar, o cümlədən Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyiüzrə Komissiyası (CEPEJ) və Avropa İttifaqı bu sahədə Azərbaycan təcrübəsininöyrənilməsini tövsiyə etmişlər.

Yeni qaydalarla2600-dən çox namizəd sırasından seçilmiş 307 nəfər yüksək hazırlıqlı hüquqşünasmüxtəlif hakim vəzifəsinə təyin olunmuşlar. Hazırda bütün hakim korpusunun60%-ni, o cümlədən Bakı şəhərinin rayon məhkəmələri hakimlərinin 80 faizdənçoxunu məhz bu, yeni nəsil hakimlər təşkil edirlər.

Eyni zamanda ötənil hakim olmaq üçün namizədliyi irəli sürülmüş 800-dən çox hüquqşünaslakeçirilmiş müsabiqədə 126 nəfər uğur qazanaraq hakim vəzifəsinə hazırlanmalarıüçün Ədliyyə Akademiyasında 1 illik tədris kurslarına cəlb olunmuşlar.

Kursun proqramımüasir tədris metodu və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmışdır.Hazırda davam edən kurs zamanı insan haqlarının etibarlı qorunması, məhkəməetikası, qərarların tərtibi, qanunvericiliyin yenilikləri və digər aktual məsələlərədair mövzular təcrübəli hakimlər və mütəxəssislər tərəfindən tədris olunur,namizədlər məhkəmələrdə staj keçir, xarici dövlətlərdə, Avropa Məhkəməsindəolmaqla qabaqcıl beynəlxalq təcrübələri öyrənirlər.

Yəqin ki, bu gənchüquqşünasların təyinatı hakim kadrlarına olan ehtiyacın ödənilməsində mühümrol oynayacaq.

- Bildiyimizəgörə, məhkəmələrin iş yükünün digər üsullarla azaldılması üzrə də tədbirlərgörülür.

- Tamamilədoğrudur. Məhkəmələrə daxil olan işlərin ilbəil çoxaldığı vəziyyətdə hakimlərinsayının artırılması təbii ki, kifayət sayıla bilməz. Bu sahədə qanunvericilik vəinstitusional tədbirlərin əhəmiyyəti nəzərə alınaraq, tərəfimizdən mütəmadi təhlilləraparılır, digər dövlətlərin müsbət təcrübəsi öyrənilir. Bu məsələ həmçinin Məhkəmə-HüquqŞurasının iclaslarında mütəmadi müzakirə edilirək müvafiq təkliflər hazırlanır.

Bu baxımdan ötənil məhkəmə qərarları tam icra edildikdən sonra icra işinə xitam verilməsi səlahiyyətininhakimlərdən alınaraq icra məmurlarına verilməsi məhkəmələrin iş yükününazaldılmasına əsaslı təsir göstərmişdir.

Eyni zamanda bugün məhkəmələrdə mülki xarakterli işlərin təxminən 60 faizini əmr icraatıqaydasında baxılan mübahisəsiz tələblər təşkil edir. Bu sahədə beynəlxalq təcrübəöyrənilməklə aparılan təhlillər göstərmişdir ki, bu işlərə məhkəmədən kənar,elektron qaydada baxılması daha effektivdir. Bununla əlaqədar hazırda məsələüzrə müvafiq qanunvericilik layihələri hazırlanmışdır. Hesab edirəm ki, yeniprosedurun tətbiqi məhkəmələrin iş yükünün xeyli azalmasına, işlərə daha qısamüddətdə baxılmasına müsbət təsirini göstərəcəkdir.

Bununla yanaşı,məhkəmələrdə həyata keçirilən icraatlarda operativliyə nail olmaq, insan vəvaxt resurslarına qənaət etmək üçün də müvafiq tədbirlər həyata keçirilir. Buzaman isə əsas diqqət informasiya texnologiyaları sahəsində əldə edilmişnailiyyətlərin məhkəmə icraatında istifadə edilməsinə yönəlir.

Artıq dövlətbaşçısının 13 fevral 2014-cü il tarixli sərəncamına uyğun olaraq yaradılanElektron Məhkəmə İnformasiya Sisteminin əsas komponentlərinin bir sıra məhkəmələrdətətbiqinə başlanılmışdır. Bu sistemin tətbiqi ilə insanlar məhkəmələrə elektronqaydada müraciət etmək, iclaslar barədə məlumatları və digər məhkəmə aktlarınıelektron qaydada almaq imkanı əldə edirlər. Bu ilin sonunadək elektron məhkəməsisteminin ölkə üzrə bütün məhkəmələrin 60%-ni əhatə etməsi nəzərdə tutulur.

Hesab edirəm ki,görülən bu tədbirlər qısa müddət ərzindəməhkəmələrin iş yükünün azalmasına təsirini göstərəcəkdir.

- Avropa Məhkəməsininölkəmizə qarşı qərarları ilə bağlı bu günlərdə mətbuatda maraqlı statistika ilərastlaşdıq...

- Məlumdur ki,dövlətimiz Avropa Məhkəməsinin yurisdiksiyasını 2002-ci ildən tanıyır. Bununla əlaqədarolaraq, Məhkəmənin presedent hüququnun öyrənilməsinə, hüquq sistemimizdə tətbiqinəxüsusi önəm verilir və bu sahədə mütəmadi tədbirlər həyata keçirilir.

Hələ 19 yanvar2006-cı il tarixli Fərmanı ilə ölkə Prezidenti məhkəmələrə İnsan Hüquqları üzrəAvropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkil edilməsi vəonun məhkəmə təcrübəsində nəzərə alınmasını tövsiyə etmiş, habelə məsələ ilə əlaqədar həmin ildə Ali MəhkəməninPlenum qərarı qəbul olunmuşdur.

Təbii ki, AvropaMəhkəməsinin presedent hüququnun düzgün tətbiqi ilk növbədə onun nə dərəcədəeffektiv öyrənilməsi ilə bağlıdır. Bu zaman isə hədəf qrupları yalnız hakimlərləməhdudlaşmamalı, daha geniş spektri, o cümlədən prokuror və vəkilləri də əhatəetməlidir. Bununla əlaqədar olaraq, son illərdə beynəlxalq təşkilatlarla əməkdaşlıqşəraitində 100-dən çox hakim, prokuror və vəkillərin Strasburqa tədris səfərləritəşkil olunmuş, hakimliyə namizədlərin Məhkəmənin fəaliyyəti ilə yerində tanışolmaları təmin edilmişdir. Eləcə də, mütəmadi olaraq Avropa Məhkəməsinin hakimləriölkəmizə dəvət edilir, seminarlar və mühazirələr təşkil edilir.

Statistikaya gəldikdəisə, yəqin ki, Siz Avropa Məhkəməsinin ölkəmizə münasibətdə qərarları ilə bağlıstatistikanı nəzərdə tutursunuz...

- Bəli, elədir.

Bu açıq məlumatlardırvə hər kəs onunla məhkəmənin saytı vasitəsilə tanış ola bilər. Belə ki, Azərbaycanaqarşı Avropa Məhkəməsi tərəfindən çıxarılan qərarların sayı digər ölkələrləmüqayisədə qat-qat azdır. Məsələn, 2016-cı ilin statistikasına nəzər salsaq görərikki, əhalisinin sayı Azərbaycanla təxminən eyni olan ölkələrə (Bolqarıstan,Macarıstan, Yunanıstan) qarşı çıxarılan qərarların sayı ölkəmizlə müqayisədə 2dəfədən çoxdur.

Məhkəmələrimiz tərəfindənAvropa Konvensiyasının və Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi nəticəsindəvətəndaşlar əksər hallarda Avropa Məhkəməsinə üz tutmağa lüzum görmür. Müqayisəüçün qeyd edim ki, bütün Avropa üzrə Avropa Məhkəməsinə hər 10 min əhaliyə ortahesabla 0.64 şikayət daxil olduğu halda, Azərbaycan üzrə bu göstərici təxminən2 dəfə az - 0.34 təşkil edir.

Lakin təbii ki,insan və vətəndaş hüquq və azadlıqlarının təminini ali məqsəd hesab edən dövlətimizüçün Avropa İnsan Hüquqları Məhkəməsinin müsbət təcrübəsindən faydalanmaq, onunpresedent hüququnun daha geniş tətbiqini təmin etmək və bu sahədə fəaliyyətidavam etdirmək hər zaman faydalıdır.

Cavid müəllim,bizə ayırdığınız vaxta və dəyərli fikirlərə görə təşəkkürümüzü bildirir, gələcəkişlərinizdə uğurlar arzu edirik.

ƏbülfətMƏDƏTOĞLU