adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Yanvar 2018 13:14
189038
RUBRİKA

Məhəmməd peyğəmbər mənə dedi ki... - YUXU QAPISI

Yuxu həyatıntərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Buradazaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. Oişığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizinküçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakıxatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biridünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzənbeynimizin içində eynən çölboyu yüyürən atlar sayaq insanların xatirələrininaxını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəifssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanalitik Ziqmund Froydyuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə,yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxuqapısı” rubrikasının bu dəfəki qonağı şair Emin Piridir. Adalet.az müsahibənitəqdim edir.


-Froyda görə,yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmişşəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Bu bəzən arzulardan yaranan görüntü də olabilər və ya keçmişdən qalanların yuxu formatında həyatımıza təsiri. Tam olaraqmənim fikrimə qalsa dünyaya ötürdüyümüz və dünyadan aldığımız enerjininmüxtəlif şəkildə yuxuya enməsidir. Həmçinin düşüncələr, əməllər belə həyatımızatəsir edirsə yuxunun da təsiri qaçılmazdır. Necə deyərlər, yuxu özü dəenerjidir. Enerji isə heçdən yaranmır və yox olmur. Mütləq hardasa bizə təsiredəcək. Var olan, mövcud olan hər şeyin təsiri vardır. İstər dini aspektdənyanaşsaq, istərsə elmi yanaşma olsa yuxu heçə sayılası bir şey deyil.


-Yuxularınız həyatınıza necə təsir göstərir,yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-İndi o qədər də planlamıram. Amma planladığım anlar olur. Təsirinidesəm, 50% həcmində götürərdim. Bir növ həyatımın bir hissəsi yuxularımınverdiyi təsirlərdən ibarətdir.

İlkdəfə yuxuda sevmişəm. Yuxuda bir qıza vuruldum. Bir növ buta kimi. Bir neçə ilçəkdi. O sonradan bunu bildi, amma heç vaxt etiraf edə bilmədim. Kürd qızı idi.Dəlicəsinə sevirdim. Adətən söhbətlərimiz türk-kürd məsələlərindən ibarətolduğundan sevgiyə zamanımız olmurdu. Zaman keçdikcə uzaq düşməli olduq. Çünki,4-5 nəfərlik mühafizəçisindən yan keçib onunla söhbət edə bilmək, baş-başaqalmaq heç də asan məsələ deyildi. Oxumağa mənə çoxlu kitablar verirdi. Azı 10il keçib, açığı o kitabları saxlayıram.

Birinsanı sevmək, dostca seçmək və uzaqlaşmağı əsasən yuxularıma əsasən seçirəm.

-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Əvvəlləraz qala hər yuxumu yozmağa çalışırdım. İndisə gedişata buraxmışam. Daha doğrusubuna zamanım çatmır. Açığı, öncədən nəyisə düşünmək, başıma bu gələcək deyəanaliz edib yuxuya əsasən gözləmək heç də xoş deyil. İnsanın enerjisini tükədir.Bacardığım qədər bundan uzaq durmağa çalışıram. Amma istədiyim qədər alınmır.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-Yuxularabu qədər önəm verən birinin yuxunun mistik işarələrinə inanması da hər haldaqəribə olmaz. Bəzi yuxular olub ki, mistikadan başqa anlam verə bilməmişəm.Çünki həmin yuxu nə həyatıma aid bir şey olub, nə qarşıma çıxan hadisədən, nədə düşündüyüm. O zaman acizanə olaraq mistikaya inanmışam.

-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Bəzişəxslər və işarələr var ki, sonradan o həyata keçir. Və həmin şəxsləri yuxumdagörəndə nə olacağını təxmin edə bilirəm.Maraqlı yuxular olur ki, həmin hadisələri şeirə keçirməyə çalışıram. Oqədər inandırıcı olur ki, başıma gələn kimi düşünür insanlar. Əslində haqsız dadeyillər, yuxuda gördüklərimi yaşamış kimi hiss edirəm. Bəzən yuxuda yaşantım,hislərim real həyatdakından daha təsirli olur.

-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu vəən gözəl yuxu hansılardır?

-Qəribə ola bilər, iki dəfə Məhəmməd peyğəmbəri, üç dəfə İsa peyğəmbəri yuxumdagörmüşəm. İsa peyğəmbərlə söhbətləşmək imkanım olmayıb. Amma Məhəmməd peyğəmbəryaxınlaşıb mənə bəzi şeylər söylədi. Sonuncu kərə Hz. İsa ilə birlikdə narağacının altında idilər. Təbii ki, mənə nə dediyini desəm hamı güləcək, ələsalacaq. Dünyanın min illiklər tarixinə uyğun gəlməyən bir sözlər idi. Ona görədə o gördüyüm yuxunu, daha doğrusu söhbəti kimsəyə deyə bilməmişəm. Yalnız birşeyi deyə bilərəm ki, müasir dövrdə yeni peyğəmbərin olduğunu və adını beləmənə deyib. Səhv etmirsəmsə hədislərə görə kimsə Məhəmməd Peyğəmbəri yuxusunda görə bilməz.



-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Ammaalimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necədüşünürsünüz?

-Elmi izahından danışmağım yersiz olar. Amma yuxularımın 90%-dən çoxuağ-qaradır. Bəzən elə rənglər olur ki, real həyatda onlar yoxdu. Yəni orənglərə heç yerdə rast gəlməmişəm. Nə qədər axtarsam da. Ona görə də düşünürəmki, elmin hələ kəşf etmədiyi və ya bizim dünyada olmayan rənglər mövcuddur.Ölçülər kimi, zaman kimi, rənglər də sonsuzdu. Elm və ya insanlar nə deyirdesin, mən buna inanıram.



-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Doğmalarımınxətrinə dəyməməkçün bu suala cavab vermək istəməzdim. Amma istər dostlar, istərqohumlar, gördüklərim olur. Amma ən çox kimi görmüşəm desəm keçmiş sevgilimideyərdim. Həyatımdan çıxsa da yuxumdan çıxmır.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur birsözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxudaolanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”.Siz necə fikirləşirsiniz?

- Mən nə tam gerçək həyatı yaşamıram. Nə də tam olaraq yuxularımlayaşamıram. Amma gerçəkliklə yuxunun arasında bir aləmdə olduğumu deyə bilərəm.Var olan tək enerjinin ətrafında dolanıram desəm daha düzgün olar.

Dünyasadəcə bir zarafatdı. Ona görə də nəyəsə qəti əminliklə budur demək düzgün olmaz.Məhz gerçək həyat budur deyə iddia sürmək də ağılsızlıqdır. ən azından mənimaləmimdə. Misalçün kim deyə bilər ki, insan əslində başqa varlıqlar tərəfindənyaradılmış robotdur. Zamanla genlərin dəyişməsi və.s ilə doğub törəmə, özünüinkişaf instinktini yaşayıb. Öz tam təsdiqni tapmayan və çox şeylər var. Onagörə də qətiyyətlə bir şey haqqında danışmaq yersizdir.


-Dahi yazıçılardan, rəssamlardan, filosoflardankimləri yuxunuzda görmüsünüz?

-Dindənvə siyasətdən uzaq adamam, amma gördüyüm yuxular daha çox dini şəxslər vəsiyasətçilərlə bağlı olur. Sonuncu kərə Heydər Əliyevi yuxuda gördüm və mənəbəzi məsləhətlər verdi.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Həqiqətəvə ya yalana apardığını deyə bilmərəm, amma yuxularımın ardınca gedirəm.