adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 May 2017 21:45
34916
ƏDƏBİYYAT

Məhəbbət haqqında ən gözəl əsərlər

Məhəbbət – hələ də tamdəqiqliyi ilə açılmayan qapalı bir sirdir. Əslində dünya elə məhəbbət üzərindəbərqərar olub. Dahi şair Məhəmməd Füzuli "Eşqsiz ey dünya nədir dəyərin?” söyləyərkənelə buna işarə etmişdir.

Dünya ədəbiyyatında bəşəriyyətinyaddaşında iz qoymuş, onlarca məhəbbət romanları var. Adalet.az seçmə məhəbbətromanlarını təqdim edir:




Viktor Hüqo "Paris Notr-Dam kilsəsi” – Sevginin gözü kor olur

Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan "Paris Notr-Dam kilsəsi" romanında çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı, insanın azadfikirliliyi və mənəvi müstəqilliyi konsepsiyası Fransadakı cari hadisələrlə əlaqələndirilir. Yazıçı təsvir etdiyi dövrün əlamətlərini romanın bir-biri ilə təzad təşkil edən əsas qəhrəmanlarının - Esmeraldanın, Kvazimodonun və Klod Frollonun xarakterlərində və talelərində təcəssüm etdirmişdi.



Marqaret Mitçel"Küləklə sovrulanlar” - Sevmək üçün haqlı olmaq vacib deyil!

Roman güclü, gözəl, incə, cazibədar və cəsarətli bir qadınınhəyat hekayəsi barədədir. Onun uşaq səmimiliyi və həyat eşqi istənilənqadağalarla bəhsə girə bilər. Əsərin qəhrəmanı Skarlet çox şıltaq və çılğın birqızdır.

O, Eşlini qarşılıqsız olaraq sevdiyi halda, onu həqiqətən sevənRet Batlerin sevgisini görmür və ondan sadəcə olaraq istifadə edir. Skarletnümunəvi qız olmasa da, Ret onu olduğu kimi sevir. Amma bu gözəl qadına laqeydyanaşmaq mümkün deyil. Əsərdəki hadisələr çılğın sevgi və nifrətin fonunda başverir.



Frensis Skott Fitscerald. "Böyük Qetsbi" - Məhəbbət dözümlüdür!

Amerikan yazıçısı Skot Fitsceraldın "Böyük Qetsbi”­si caz əsrininən məşhur əsərlərindən biri hesab olunur. Roman 1925­ci ildə, yazıçı Parisdəyaşayarkən işıq üzü görüb. Roman Böyük Qetsbinin böyük xülyaları, sevgisi və tənhalığıhaqqındadır. "Böyük Qetsbi” yüksəklərə qalxan, hakimiyyət və var­dövlətin xoşbəxtlikgətirəcəyinə ürəkdən inanan və ən böyük arzusunun gerçəkləşməsinin biraddımlığında olan güclü bir insanın həyat hekayəsidir. Bütün bunlara nailolmaqda onu bir qadına olan sevgisi ilhamlandırıb. Böyük Qetsbinin aşiq olduğuqadın Deyzi onun sevgisinə layiq ola bilmir, amma o, faciəli finala qədər öz məhəbbətinəsadiq qalır.



Rəşad Nuri Güntəkin "Çalıquşu" - Məhəbbətinkişaf edir

Romanda əsərin qəhrəmanı Fəridənin simasında çətin və məşəqqətlihəyat tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqət hissini qoruyub saxlayan əsltürk qızının obrazı bədii ustalıqla qələmə alınıb. Fəridə dəlicəsinə aşiq olsada, taleyin sınaqlarına hazır olmadığı üçün uzun illər çıxış yolunu Kamrandanqaçmaqda görür. Lakin bu məhəbbət onunla birlikdə böyüyür, nəticədə, qız qüruruilə barışmağı öyrənir. Roman hər kəsə sədaqət dərsi öyrədir. Orta fransız diniməktəbini yenicə bitirmiş bir qızın dilindən, gündəliyi şəklində verilmiş buroman Azərbaycanda ən çox sevilən əsərlərdən biridir.



Şoderlo De Laklo "Təhlükəli əlaqələr" - Sevgi ilə zarafat etmirlər

Vikont de Valmon aşiq olduğu dindar xanım de Turvelin məhəbbətiniqazanmaq üçün qəddarlığa və hiyləgərliyə əl atır. Bu, ona məqsədinə nail olmağaimkan verir, lakin o, sınaqlardan üzüağ çıxmır.



Ceyn Ostin "Qürur və qərəz" - Məhəbbətözümüzü kəşf etməyə imkan verir

"Qürur və qərəz” ingilis yazıçısı Ceyn Ostinin ən məşhur əsəridir.Əsər yoxsul, xaraktercə qürurlu qadının həyatındanbəhs edir. Kişi hisslərinin səmimiyyətinə inanmayan qadın qərəzi əsərin əsasmövzusunu təşkil edir. Kitabın qəhrəmanı hissləri və əqidə məngənəsi arasındaqalıb. Üstəlik, cəmiyyət onu sıxır. Belə təzyiqlərə yalnız güclü insan qalib gələbilər. Nəticədə, hər kəs qəhrəmanın qələbəsi ilə razılaşmağa məcbur olur. Yerigəlmişkən, qeyd edək ki, bu əsər Azərbaycanda ən çox satılan əsərlərdənbiridir.



Elizabet Gilbert "Ye, dua et, sev” - Sevgisiz ona hazır olanda gəlir

"Ye, dua et, sev” kitabı Elizabet Gilberti məşhurlaşdıran əsərdir.Bu kitab qəhrəmanın çətin boşanma mərhələsindən sonra uzun bir səyahətəçıxmasından bəhs edir. Elizabet Gilbert hər şeydən imtina edəndə özünə yeni eşqtapır. Bunun üçün xeyli cəsarət və səbir tələb olunur. Əsər qısa zaman ərzində,otuzdan artıq dilə tərcümə olunaraq beynəlxalq bestellerə çevrilib. Kitab müəllifio qədər məşhurlaşdırıb ki, 2008-ci ildə keçirilən ümumi sorğulara əsasən, o,dünyanın ən nüfuzlu yüz adamından biri seçilib. Bu kitabı adi oxuculardantutmuş, senatorlar, prezidentlər, yazıçı və məşhur aktyorlar da oxuyub.



Frederik Beqbeder "Məhəbbət üç il yaşayır” - Sevgi düşünməyə məcbur edir

Alimlər hər zaman məhəbbətə müəyyən ömür biçir. Bəziləri 2 il68 gün, bəziləri 3 il, bəziləri isə sonsuz olduğunu deyir. Romanın baş qəhrəmanıkübar həyatdan yazan jurnalist Mark Marronye isə əmindir ki, məhəbbət üç ilyaşayır. O, iddia edir ki, əvvəl insanlar bir-birini ehtirasla, sonra incə vədostcasına sevir və nəhayət, bir-birinə darıxdırıcı olurlar. Romanın birincihissəsində təsvir olunan belə baxışların səbəbi həyat yoldaşının ona qarşılaqeydliyidir. Evliliyinin üçüncü ilində Anna az qala onda ikrah hissi oyatmağabaşlayır, o isə başqa bir qadına - Alisaya dəlicəsinə vurulur. Alisa da onusevir, lakin başqası ilə yaşadığına görə, Markla gizlincə görüşür. O isə öznövbəsində, məhəbbətin üç ildən sonra bitəcəyinə və ayrılacaqlarına tamamilə əmindir.Romanın sonunda baş qəhrəman yazır ki, Alisa ilə artıq üç ildir ki, birlikdədirvə o, birgə həyatlarının üçilliyini qorxu içində gözləsə də, məhəbbəti əvvəlkikimi güclüdür.


Şarlotta Bronte"Ceyn Eyr” - Sevgi insanı mətinləşdirir...

Əsərin baş qəhrəmanı Ceyn Eyr yetim, kasıb bir qız olmasına rəğmən,çox qürurlu və müstəqil insandır. O, Roçester malikanəsinə ev sahibinin qızınamüəllimlik etməyə qəbul olunur. Elə ondan sonra Ceyn Eyr və misterRoçesterin arasında məhəbbət yaranır. Onlar evlənməyə hazırlaşır. Lakin toygünü elə bir sirr açılır ki, Ceyn Eyr malikanəni tərk edib, mister Roçesteriunutmağa çalışır. Lakin əsl məhəbbət heç vaxt unudulmur. Bir-birindən uzaq məsafədəyaşasalar da, onlar bir-birlərinin qəlbinin səsini eşidir. Əsər əsl sevgi, sədaqəthaqqında yazılmış ən gözəl romanlardan biridir.



Sesilya Ahern - "P.S. Səni sevirəm”


Avropada məhəbbət romanlarının ulduzu kimi tanınanirlandiyalı yazıçının debüt əsəri bestsellerlər siyahısındadır. Romanın qəhrəmanlarıCerri və Hollini ölüm ayırır. Əsərin əsas mövzusunu da əri Cerrini itirən otuzyaşlı Hollinin yaşadığı ağır günlərindən bəhs edir. Elə bu vaxt poçtlasağlığında həyat yoldaşının ona yazdığı məktubları alır. İndi bu məktublar onuCerri ilə bağlayan yeganə tellərdir. Ancaq iki şərti gözləmək zəruridir: on ikiməktubun hərəsi bir ayda açılmalı və içindəki tapşırıqlara mütləq əməlolunmalıdır.



Erix Mariya Remark "Üç yoldaş" - Sevgiyaşadır


"Üç yoldaşda” müharibədən sağ çıxmış, yeni, dinc həyatabaşlayan gənclərin cəmiyyətlə daimi konfliktləri ön plana çəkilir. Müharibədənqayıtmış əsərin əsas qəhrəmanı Robert hər şeyə marağını itirib, həyata laqeyd vəqeyri-ciddi yanaşır. Robbi bir az utancaq, çəkingən, insanlara dəyər verəntipdir. Robbinin Patrisiya ilə olan sevgisi onu həyata yenidən bağlayıbyaşadığı hər anı qiymətləndirməyə, ən əsası, əbədi sevginin varlığına inandırabilir. Robbi ölümcül xəstə olan qızı qorumaq, onu yaşatmaq üçün əlindən gələniedir. Əsl kişinin edə biləcəyi bütün fədakarlıqları edir. Bu yolda vəfalıyoldaşları da ona yardımçı olur.



Nikolas Sparks "Yaddaş gündəliyi” - Sevgiölmür

Nyu və Elli iki müxtəlif sosial təbəqədən olduğu üçünvalideynləri onları ayırmağa çalışır və buna nail olur. Lakin onların heç biribirlikdə keçirdikləri xoşbəxt anları unuda bilmir.



Artur Qolden "Geyşanın memuarları” - Sevgizərifdir

Əsər XX əsrin ən tanınmış geyşalarından biri Nitta Sayurininhəyat hekayəsi əhatə edir. Hətta siz məhəbbət romanlarının pərəstişkarıdeyilsinizsə və ümumiyyətlə, ilk baxışdan məhəbbətə inanmırsınızsa belə,"Gündoğan ölkə”nin özünəməxsus mühitinə daxil olmaqdan və kənar şəxslər üçünqapalı, gizli bir cəmiyyəti daxildən tanımaqdan inanılmaz həzz alacaqsınız.Roman yalnız kişilərə məxsus olan tam başqa bir aləmə, başqa bir dünyaya açılanqapıdır. Bu aləmdə qadınlar heç vaxt düşündüklərini deyil, yalnız onlardan gözlənilənlərivə tələb olunanları deyirlər…



Fransuza Saqan "Salam, kədər” - Sevgi böyüməyəkömək edir


Əsərdə həyatın bütün əyləncələrindən dadmaq istəyən ərköyünqızdan danışılır. Anasını çox erkən yaşlarında itirən Sesil uzun müddətmonastır pansionunda təhsil alır. Arvadbaz atasının yanına qayıtdıqdan sonraheç bir qayda­qanuna sığmayan, məsuliyyətsiz həyat tərzi keçirməyə başlayır.Ancaq bir gün onların həyatına Anna daxil olur. Lakin Sesil anasının rəfiqəsiolan bu qadını heç bir halda qəbul edə bilmir. Buna səbəb atasının Anna ilə evlənməkfikrinə düşməsidir. O, belə hesab edir ki, atası Anna ilə evlənsə, daha onu əvvəlkimi sevməyəcək və diqqət ayırmayacaq. Onların toyuna mane olmaq üçün Sesilplanlar qurmağa başlayır. Əsər Annanın ölümü ilə sona çatır.



Jorj Sand "Konsuelo” - Sevgi azaddır

"Konsuelo” romanındakı hadisələr XVIII əsrin ortalarına təsadüfedir. Bu əsər o dövrün təhlükə və həqiqi ehtirasla bol olan atmosferinə başvurmaq üçün əla imkandır. "Konsuelo” fransız yazıçısı Jorj Sandın ən tanınmış vəən məşhur əsərlərindəndir. Konsuelonun şəfqəti bütün maneələri aradan qaldırır,çünki onun məhəbbəti təmənnasızdır. Qınamaq və qəzəb onun tərzi deyil, insanıincitmək ona xas olmayan şeylərdir. Ona görə də, Konsuelonun hissi onun mənəvidünyasını pozmur və başqalarına ağrı vermir.