Mehdiyevin qızı vəzifəsindən azad edildi
Prezident Administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə təqsirləndirilən akademik Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəzifədən çıxarıldığı barədə məlumat yayılıb.
Adalet.az xəbər verir ki, Modern.az-a daxil olan məlumata görə, Mehdiyevin qızı Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsindən azad olunub. Onun kafedrada adi müəllim vəzifəsində qaldığı qeyd olunur.
Sayt məlumatı dəqiqləşdirmək üçün Bakı Dövlət Universitetilə əlaqə saxlasa da, suala cavab verilməyib.
Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirən K.Əliyeva ixtisasca bioloq olsa da, psixologiya elmləri üzrə namizədlik və doktorluq dissertasiyaları müdafiə edib.
Psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva 2010-cu ildə Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsinə təyin olunub. 2009-cu ildə BDU-nun Elmi Şurası tərəfindən “ilin müəllimi” adına layiq görülüb, Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.
2010-2011-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa görə komitə tərəfindən diplomla, 2012-ci ildə Bakı Dövlət Unuiversitetinin Fəxri Fərmanı ilə təltif olunub.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

