Mehdiabadda polis bölməsində qumbara aşkarlanıb
Mehdiabadda əlqumbarası aşkarlanıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Adalet.az-a verilən məlumata görə, DİN-nin Abşeron RPİ-nin Mehdiabad PB-dən Agentliyə 1 ədəd əlqumbarasının aşkar olunması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş polis bölməsindən 1 ədəd F-1 əlqumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Digər Xəbərlər
02 May 2024 17:40