MEDİA və ADA-nın birgə təşkilatçılığı ilə “Visiting Lecturer” layihəsi üzrə dərslərə başlanıb - FOTOLAR
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin təşkilatçılığı ilə “Visiting Lecturer” layihəsi çərçivəsində 2025-2026-cı tədris ili üzrə “İnternet üçün yazı mədəniyyəti” və “Sosial media kommunikasiya strategiyaları” mövzusunda dərslərə başlanılıb.
Adalet.az xəbər verir ki, ABŞ, Çin və digər müxtəlif ölkələrdə fəaliyyət göstərmiş beynəlxalq kommunikasiya mütəxəssisi, 10 ildən artıq akademik və peşəkar təcrübəyə malik, hazırda ABŞ-nin Valparaiso Universitetində magistr proqramının direktoru və dosenti kimi fəaliyyət göstərən Dr. Tiffany J. Bell tərəfindən keçirilən seminarda rəqəmsal mühitdə yazı üslubunun xüsusiyyətləri, onlayn auditoriya ilə effektiv ünsiyyət metodları və sosial mediada kommunikasiya strategiyalarının hazırlanması mövzuları müzakirə olunub.
Tiffany J. Bell bildirib ki, müasir medianın inkişafı üçün yazılarda sadə, aydın və interaktiv üslubun tətbiqi mühüm hesab olunur. O vurğulayıb ki, effektiv kommunikasiya strategiyaları sayəsində informasiya mübadiləsi sürətlənir, auditoriya ilə qarşılıqlı etimad və aktiv ünsiyyət güclənir. Seminarda sosial şəbəkələrdə kontent və vizual materialların səmərəli şəkildə hazırlanması, habelə auditoriyanın informasiya tələbatına uyğun kommunikasiya metodlarının müəyyənləşdirilməsi ilə bağlı praktiki yanaşmalar təqdim olunub.
Qeyd edək ki, müvafiq layihənin bütün ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və media sahəsinə marağı olan gəncləri əhatə etməsi, həmçinin layihə çərçivəsində açıq qeydiyyat əsasında müxtəlif mövzularda silsilə seminar və vörkşopların keçirilməsi nəzərdə tutulub.
Digər Xəbərlər
17 Mart 2026 13:16
Media orqanlarının nəzərinə: Tələblər artırılır
10 Mart 2026 17:26
Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib - FOTOLAR
10 Mart 2026 16:06
Bu hesabatda Azərbaycana dair qərəzli mülahizələr var - MEDİA
10 Mart 2026 12:33
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
06 Mart 2026 21:44
MEDİA bu səhifəyə xəbərdarlıq etdi
06 Mart 2026 17:26
Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi dezinformasiyadır - MEDİA
05 Mart 2026 09:10
Bakıvaxtı.az-ın 5 yaşı tamam olur
04 Mart 2026 11:39


Bakı -°C

