Media savadlılığı ilə bağlı layihəsinin yekun konfransı keçirildi
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikası Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinin yekun konfransı keçirilib.
Adalet.az xəbər verir ki, konfransda açılış nitqi ilə “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı çıxış edib.
O bildirib ki, rəqəmsal mühitdə informasiyanın düzgün dəyərləndirilməsi və məsuliyyətli istifadəsi gənclər üçün mühüm bacarıqlardan biridir. Onun sözlərinə görə, layihə regionlardan olan gənclərin media savadlılığı üzrə biliklərinin artırılmasına və onların informasiya mühitində daha məqsədyönlü mövqe tutmasına xidmət edir.
Murad Qasımlı bildirib ki, layihə çərçivəsində 500-dən çox gənclə görüş keçirilib, onlara yanlış informasiya və dezinformasiya ilə bağlı maarifləndirici məlumatlar verilib.
Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova qeyd edib ki, müasir informasiya mühitində etibarlı məlumat məkanının formalaşdırılması media savadlılığının gücləndirilməsindən keçir. O, bütün gəncləri media savadlılığını artırmağa və məlumatlara tənqidi yanaşmağa çağırıb. O vurğulayıb ki, Agentlik gənclərin tənqidi düşünmə və informasiyanı düzgün təhlil etmə bacarıqlarının inkişafını daim diqqət mərkəzində saxlayır.
Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və layihələrin icra olunması şöbəsinin müdiri vəzifəsini icra edən Bənövşə Qasımova isə gənclərin informasiya proseslərində fəal iştirakının əhəmiyyətinə toxunaraq bildirib ki, bu cür təşəbbüslər onların rəqəmsal bacarıqlarının inkişafına, eləcə də dezinformasiya ilə mübarizədə daha hazırlıqlı olmalarına mühüm töhfə verir.
Tədbir zamanı “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində regionlarda təşkil olunmuş təlimlərdən görüntüləri əks etdirən videoçarx nümayiş etdirilib, regional təlimlərdə iştirak etmiş gəncin çıxışı dinlənilib.
İctimai Televiziyanın aparıcısı Azər Süleymanlı isə media savadlılığı, informasiya etibarlılığı və jurnalistikanın müasir çağırışları mövzusunda çıxış edərək gənclərlə interaktiv müzakirələr aparıb, gənclərin iştirakı ilə “Etibarlı / Saxta” mövzusunda interaktiv oyun təşkil olunub.
Bakı şəhərindən və regionlardan olan ümumilikdə 100 gəncin iştirak etdiyi konfransda “Media savadlılığı nədir?” mövzusunda qrup işi və təqdimatlar həyata keçirilib./APA
Digər Xəbərlər
13 Fevral 2026 14:16
Mətbuat Şurası Azərbaycan Televiziyasını təbrik etdi
10 Fevral 2026 13:31
“Media haqqında” qanuna dəyişiklik edilir
09 Fevral 2026 12:31
Bu məlumatları yayan media subyekti məsuliyyət daşıyacaq - Ali Məhkəmə
06 Fevral 2026 15:29
Mətbuat Şurası liseyindəki hadisə ilə bağlı jurnalistlərə çağırış etdi
03 Fevral 2026 18:31
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib - FOTOLAR
03 Fevral 2026 12:05
Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış etdi
27 Yanvar 2026 16:25
MEDİA Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiyaya münasibət bildirdi
27 Yanvar 2026 11:54


Bakı -°C

