"Medi Hall"da əməliyyat olunan qadın öldü - Prokurorluq araşdırmaya başladı - YENİLƏNİB
Fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Medi Hall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdir.
***
Paytaxtın Binəqədi rayonunda yerləşən “Medi Hall” klinikasında ölüm halı baş verib.
Adalet.az xəbər verir ki, fevralın 10-da Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Nigar İsmayılova sözügedən klinikadan bədən şəkilləndirmə cərrahiyyə əməliyyatı olunub. Fevralın 13-də isə qadın ölüb.
Araşdırma aparılır.


Bakı -°C

