adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Iyun 2016 14:39
147095
RUBRİKA

“Medallarımın çoxunu yandırmışam” – HƏR ŞEYƏ RƏĞMƏN

O "Hərşeyə rəğmən” mübarizə apardı. Keçirdiyi ağır qəzadan sonrakı həyatında yeni birsəhifə açdı və bir çox nailiyyətlərə sahib oldu. Onun həyatında idman və praktik yaradıcılığınnə qədər önəmli yer aldığını söhbətimizdə şahid oldum.

Yenirubrikamızın növbəti qonağı avarçəkmə idman növü ilə beynəlxalq aləmdə Azərbaycanıtəmsil etmiş və möhtəşəm əl işləri ilə tanınan Asif Qasımovdur.


Gənclikillərində keçirdiyi ağır hadisədən sonra Asif əlil arabasına məhkum oldu. Əslindəo bunu ilk vaxtlarda belə olduğunu düşünürdü. Keçirdiyi dərin depressiyalarısöhbətimizdən açıq-aydın anlamaq olurdu: "Tam sağlam olduğum vaxtlarda daidmanla məşğul olurdum, bir çox medal və sertifikatlarım vardı. Lakin özüməqapandım həmin nailiyyətlərimə baxanda, artıq bir şey bacara bilmədiyimi düşünürdüm.Bu isə onları yandırmağımla nəticələndi. Heç bir gərəyi yox idi artıq. Mənə ailəmvə yaxın dostlarım qardaşlarım dəstək verdi, onlar inandırdılar ki, həyatdainsan qarşısına çıxan gözlənilməz maneələri belə iradəsi ilə dəf edə bilər. İlkvaxtlardan ətrafıma, maraqlarıma qarşı artıq soyumağa başlamışdım. Buraya, Ramana qəsəbəsində yerləşən əlillərinPeşə Reabilitasiya Mərkəzinə yazıldım. Artıq 3 ilə yaxındır burada həm müalicəalıram, həm də idman və ikinci sənətim olan oyma sənəti ilə məşğul oluram.Bunlar mənə rahatlıq və sağlam həyatı bəxş edir”.

Oyma işləriyaradıcılığının yeganə təcəssümü olduğunu deyən müsahibimiz bu bacarığının əslindəonda uşaqlıqdan mövcud olduğunu, lakin idman həyatının bunu üzə çıxarmaqda əngəlolduğunu söyləyir. Tale insana istənilən yaş dövründə qanında olan xüsusiistedadı üzə çıxara bilər. Qəhrəmanımızın bu devizlə yaşaması onun ailəsindəatası və qardaşlarında incəsənətə olan meyilləri ilə əsaslandırır: "Hal-hazırdamən sakit həyat dövrü yaşayıram, ətrafım geniş olsa da, bəzən oyma sənətinəayırdığım vaxt elə tez keçir ki, heç özüm də fərqinə varmıram, sonda görürəmki, artıq bir neçə saat içində istədiyim məhsulları əldə etmişəm. Hobbimi aditaxt parçaları üzərində qurmuşam, siz yəqin ki, küçədə ayağınıza sataşan taxtaparçasını təpiklə vurub qırağa atmış olardınız, lakin mən onlara sənət əsərim vəideyam üçün perspektiv xammal gözüylə baxıram. Bu normal haldır, şairlər qələmkağıza, rəssamlar boş lövhəyə, bəstəkarlar təbiətə neçə baxırlarsa, mən də aditaxta parçasına eyni tərzdə yanaşıram”. Bu sahədə qısa müddət ərzində bir çoxuğurlara əl atan Asif Qasımovun idman yaradıcılığı barədə isə bir azdan danışacağıq.


"Hər birəlilin dəstəyə ehtiyacı var”

Açıqdanışım, əgər sizə müsahibə üçün vaxt ayırmışamsa, buna sevinməlisiniz, çünki mənimelə bir gün olmur ki, boş vaxtım olsun. Daim fəaliyyətdəyəm. Digər tərəfdən isədostlarım heç vaxt məni tək qoymur, hər zaman onları yanımda hiss etmişəm.Avtomobil də idarə edə bilirəm və bu mənim istənilən an istənilən məkana və ya tədbirə getməyiməyardımçı olur. Allah insana hər şeyi nəsib edə bilər, əgər o bunu istəyirsə...”

Az daolsa bu insanın şəxsi və peşə keyfiyyətlərinə bələd olmağım məndə yaratdığı əsasqənaət odur ki, bu qədər stimul və maraq bir vətəndaş kimi məni çox təəccübləndirdi. Bəli, Asif bax həminadamdır, nəinki pessimistliyə qapılan əngəlli insanlara, hətta sağlam yeriyə,görə və eşidə bilən insanlara da əsl örnək və nümunədir. Həqiqi sözümdür, mən təəccübiçində ayrıldım o məkandan. Qəhrəmanımızın dediyi kimi, insan gərək istəyə...

"ÖlkəmiziFransada, İtaliyada və bir sıra Avropa ölkələrində təmsil etmişəm”.

Deyir bumedallar yanmaqdan xilas olanlarıdır. Bəlkə də bunların 2-3 qatı qədər keçmişuğurlarım alova qərq oldu. İndi düşünəndə nə qədər o dövrün tərcümeyi-halını vərəqləsəmdə ancaq bununla barışıram və inanıram ki, gələcəkdə daha artıq nailiyyətləriməimza atacam. Buna fərdi təşəbbüsüm və əzmim əsas verir”.


Paralimpiyaçımızbirinci Avropa Oyunları ərəfəsində Milanda keçirilən avarçəkmə oyunlarında ölkəmizəgətirdiyi medalı bizə təqdim edir. Onun üçün nəyəsə nail olmaq nə qədər çətindirsə,bunun üçün çətinliyi məğlub etməli olduğunu və nəticədə əlində medal və yaçoxdandır eskizini çizdiyi bir oyma məhsulunututmuş olursan - Asifin həyat fəlsəfəsində gəlib keçmiş kadrlara tamaşaelədik. Əsas olan səni sevənlərin olduğuna inanmaq və onların səni daima dəstəklədiyinigörməkdir – Müsahibimiz əlavə etdi.

"Polismayoru mənə dedi ki...”

-Cəmiyyətdəəlillərin mövqeyini necə dəyərləndirirsən?

-Əvvəlkiillərə nisbətən əlillər üçün yaradılan şəraitin qənaətbəxş olduğunu deyə bilərəm.İctimai nəqliyyatda və digər mühitlərdə xüsusilə bu ilki "Formula-1” yarışları ərəfəsindəmövcud şəraitin daha inkişaf etdiyinigördüm. İnanıram ki, gələcəkdəki illərdə daha artıq qayğını görəcəyik. Çünkidediyiniz kimi say çox olsa da, görsənməmək göstərilən şəraitlərlə bağlıdır. Bəzənbir əlil arabasında yuxarı mərtəbədən aşağı enmək və ya nəqliyyata minmək hallarıbir sıra problemlər yaradır. Digər səbəbisə əngəlli insanların cəmiyyətə qarşı fobiyasının yaranmasıdır. Adı sağlam vətəndaşbunu görməyə öyrəncəli deyil, lakin əlillərin əslində onlardan heç də fərqlənmədiklərinidərk etmələri və cəmiyyət arasında rahat şəkildə immitasiya olmaları onlaraqarşı öyrəncəlik yaradır. O fikirlə razıyam ki, bu məsələdə əlillərdən də çoxşey asılıdır. Ancaq başda bizim üçün yaradılacaq şəraitin səviyyəsi dayanır”.


Müsahibimizdaha sonra təəssüfkeşliklə onu da qeyd etdi ki, onun üçün evdən kənara çıxmaq bəzənhər hansı problem yaradır:

Bir dəfəövladımın ad günün qeyd etmək üçün öz avtomobilimlə şadlıq evlərindən birinəyollandım. Avtomobilimi qadağan olunmuş yerdə saxlamağa məcbur oldum. Araba iləhərəkət etdiyim üçün həmin ərazidə saxlamalı idim. Bir polis mayoru mənə yaxınlaşandaona məsələnin nə yerdə olduğunu izah elədim, lakin cavabında polis mayoru mənədedi ki, əlil adam gəlib restoran danışmaz. Təbiətimdə sakit bir insanam, adətənhirsimi gülərək cilovlayıram. Doğrudur, qanun çərçivəsində baxsaq həmin polis haqlıdır, lakin mən ondandaha haqlıyam. Mayorun mənə o sözü deməsi hər şeydən öncə bir insan kimi təsirsizötüşmədi. Hər kəs öz vicdanını və insanlığını nümayiş etdirir. İstər restoranınönü olsun, istər başqa bir məkan hər bir yer ən vacibi bir sınaq meydanıdır.Orada məğlub da ola bilərsən, qalib də lakin sənin bunlardan xəbərin olur...”



Sondafiziki qüsurlu insanlara tövsiyələr verməyi də unutmayan Asif Qasımov söylədiki, həyatdan asan addımlar gözləməsinlər, hər zaman çətinliklər olur və bir güngörürsünüz ki, onlar sizin qarşınızda maneə olaraq deyil, ayağınızın altında"bir pillə”dir..

Adalet.azAsif Qasımovn əl işlərini və uğurlarını təqdim edir:






Rüfət SOLTAN