adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Aprel 2018 14:29
8179
SİYASƏT

MDB PA-nın müşahidəçiləri sabah Bakıya gələcək

MDB Parlamentlərarası Assambleyasından (MDB PA) olan beynəlxalq müşahidə missiyası Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün aprelin 8-də Bakıda olacaqlar.

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun Bakı filialının mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğız Respublikasından olan deputatlardan ibarətdir.

Bundan əlavə beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri aprelin 11-də keçiriləcək Azərbaycan Prezidenti seçkiləri müşahidə etmək üçün Bakı şəhərində və ölkənin bölgələrində olacaqlar. Həmçinin beynəlxalq müşahidəçilərin Azərbaycan Milli Məclisi, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan sonra MDB PA-dan olan beynəlxalq müşahidəçilər seçkilərin keçirilməsi ilə bağlı mətbuat konfransı keçirəcəklər.