adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Avqust 2020 11:39
92099
MÜSAHİBƏ

Mayor İlham Məmmədli: ”Qubadlı işğal olunarkən düşmənin 32, bizim isə cəmi 5 tankımız vardı ...”

30 avqust Qubadlının işğalının27-ci ildönümüdür. 27 il əvvəlki hadisələrəişıq salmaq üçün bu gün Azərbaycan Silahlı Qüvvələrinin (1991-2000-ci il)ehtiyatda olan mayoru lham Məmmədli müsahibimdir. BDU tarix fakültəsinin məzunu, Qubadlıuğrunda döyüşlərdə 1-ci Motoatıcı tabur komandirinin müavini, sonradan 4-cü MATkomandiri, Ağdamda 4- cü batalyonun komandiri olaraq Suma və Güllücə istiqamətlərindəgedın döyüşlərdə iştirak edib.

Müsahibəni təqdim edirik:

-Ilham bəy, münaqişənin müharibəmüstəvisinə necə keçdiyini bir də sizin yorumunuzla dinləyək...

-Bütün Qarabağətrafı və Ermənistanla həmsərhədbölgələrdə olduğu kimi 1988- ci ilin fevralından başlayaraq erməniseparatçılarının artmaqda olan terrorçuluq fəaliyyətinə qarşı Qubadlının sərhədboyukəndlərində azsaylı ov tüfəngləri ilə silahlanmış könüllü özünümüdafiə dəstələrıyaranmağa başladı. Daha yaxşı döyüş silahları ilə silahlanmış erməni quldur dəstələrininqarşısını almaq getdikcə çətinləşirdi.1988- ci ilin payızından başlayaraq erməni yaraqlıları pusqular qurur,yollardan keçən nəqliyyat vasitələrini gülləbaran edərək dinc, mülki əhaliniterrora məruz qoyurdular. 1988 - ci il 24 noyabrda erməni quldurlarıGörus-Qafan şossesi üstündə yerləşən Eyvazlı kəndinə basqın edərək, onuyandırdılar. Belə bir vəziyyətdə Qubadlının digər kəndlərində, xüsusən də,rayon mərkəzində də könüllü özünümüdafiə dəstələri yaradılaraq sərhəddboyu kəndlərəköməyə göndərildi. 1988- cu ilin payızından başlayaraq Azərbaycanınəksər bölgələrindən də könüllülərin axını başlandı. Erməni quldur dəstələrininartan basqınlarının qarşısını almaq getdikçə çətinləşirdi. 




Həmin dəstələrindöyüş silahları ilə silahlanması bizim müdafiəni çətin duruma salırdı. Yerlipolislərdəki azsaylı avtomatlar da vəziyyəti dəyişmirdi. 1990- cı ilin 20yanvarında Bakıya qoşun yeridildikdən sonra Qubadlıya da sovet ordusu bölmələri daxil oldu. Bu zaman AXC Qubadlı rayon təşkilatının idarə heyəti (Sədr Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev idi) 24 saat ərzindəQubadlıdakı SO birliklərinin rayon ərazisini tərk etmələri haqqında ultimatumgöndərdi. Xəbərdarlıq qəbul edildi. Sovet ordusu bölmələri bunu etmək uçün bizdənyanacaq və sürtgü materialları istədi. Onların bu xahışını yerinə yetirdik.Lakin bir həftə sonra daha böyük qüvvələrlə qayıdaraq, rayona daxil oldular.Adı çəkilən kəndlərdə azsaylı sovet ordusu birlikləri erməni həmlələrininqarşısını almaqda çətinlik çəkirdilər. Bu səbəbdən də yerli özünümüdafiə dəstələrininfəaliyyətinə də anlaqlı yanaşmağa başladılar. Əliquluuşağı kəndi istiqamətindəvəziyyət gərginləşəndə onlardan avtomatları alaraq səngərlərdə çiyin- çiyinədururduq. Bu hal təkrar- təkrar baş verirdi.

-Ordunun yaranması vəziyyətə təsiretdimi?

-1991- çı il 9 oktyabr tarixdə Azərbaycandamilli ordunun yaradılması haqqında Ali Sovetin sessiyasındakı qərar vəziyyətibizim xeyirimizı kəskin dəyişdi. Qubadlıda yerli özünümüdafiə batalyonu könüllüözünümüdafiə dəstələrinin hesabına sürətlə formalaşdı. Mövcud vəziyyət yerliözünümüdafiə dəstələrini gizli fəaliyyətə keçməsini tələb edirdi. 1990- cı ilinilk ayları sərhədboyu kəndlərimizdə nisbətən sakitlik idi. Ermənistan tərəfdə7-ci, biz tərəfdə isə 4- cü SO bölmələrinin dayanması idi. Lakin bu sakitlikçox çəkmədi. 1990- cı ilin martındanbaşlayaraq erməni quldur dəstələri sərhədboyu Əlıquluuşağı, Dovudlu, Novlu, Seyras,Yuxari və Aşağı Cibikli, Əyin, Göyyal, Fərcan, Sal Daş və Çərəli kəndləri atəşətutulmağa başladı.



Sonra Daşaltı əməliyyatı, dövlətvə hökümət adamları olan helikopterin partladılması, Xocalı faciəsi, Şuşa vəLaçının işğalı yaranmaqda olan milli ordu birliklər üçün mənəvi- psixolojibaxımdan ağır zərbə idi. Artıq 1992- ci ilin fevral ayının ortalarında rusordusu birlikləri Qubadlını tərk etmişdilər.

- O vaxt silah az idi, dövlət tərəfindəndə elə bir dərin kömək yox idi... Əhalini qorumaq üçün hansı tədbirlərgörülürdü?

- Buna baxmayaraq Qubadlıdayaranmaqda olan hərbi hissə öz döyüş imkanlarını artırmaq üçün istehkamlarhazırlayir şəxsi heyətə döyüş hazırlığı təlimlərini gücləndirirdi. Bu işərayonun əksər idarə və təşkilatları cəlb edilmişdir. Məhz bu səbəbdən  artıq  işğal olunmuş Laçın rayonunun 10-a yaxın kəndinin də müdafiəsini təşkil edəbilmişdik. 24 iyun 1992 -ci ildə cəbhəninƏliquluuşağı sahəsində düşmənin 3 döyüş helikopteri vurularaq yerə salındı.Bunlardan birini qənimət olaraq ələ keçirdik.Avqust - sentyabr aylarında işğal olunmuş Laçın rayonu və DağlıqQarabağın Hadrut rayonu istiqamətində ağır döyüşlər başladı. Laçın istiqamətindədöyüşlər daha üğurlu idi. Əliyar Əliyevin başçılıq etdiyi döyüşçülərimiz Laçındəhlizini bağlamaq ərəfəsində idi.

- Səhv etmirəmsə, AzərbaycanınMilli Qəhrəmanı, Qarabağın qeyrətli oğlu Əliyar Əliyevin Laçın dəhlizinə hücumu zamanı müəmmalı ölümübaş verdi...

-Bəli, Əliyar döyüşərək Laçının1,5 km məsafəsində müəmmalı şəkildə şəhid olmuşdu. Amma Hadrut istiqamətindəTopağac yuksəkliyini tutan ermənilər məhv edilərək əvvəlki mövqelərinə qovuldu.Erməni qüvvələrinin növbəti iri miqyasli hücumu 10 dekabr 1992-ci ildə Əyin, Cibikli və Seytas istiqamətində oldu. Düşmənbütün istiqamətlərdə bir tank, iki PDM və 50- yə yaxın canlı qüvvə itkisi verərəkgeriyə atıldı. 1993- cü il 21 martda düşmənin Seytas istiqamətində hücumu daonların boyük itki verərək geri çəkilmələri ilə nəticələndi. 1988 -93- cü illərdəQubadlı ərazisində aparılan uğurlu müdafiə doyüşlərinin bir hissəsindın bəhsetdim.

-Bəs necə oldu ki, Qubadlı işğalolundu?

-1993 - cü ilin mart ayında Azərbaycandahərbi- siyasi vəziyyət olduqca gərginləşdi. Ölkədə Rusiya, İran, düşmən ölkəolan Ermənistan və beynəlxalq erməni diasporunun dəstəklədiyi xəfiyyə şəbəkəsiöz fəaliyyətini gücləndirərək milli, dini, siyasi qarşıdurmanı və milli ordudaçaxnaşma yaratmaq, əsgərləri üz-üzə qoymaq, ordunun geri çəkilməsi haqqındaardıcıl şaiyələr yaymağa müyəssər oldular. Bütün bunları məhz Surət Hüseynovun əli ilə həyata keçirə bildilər.Qeyd edim ki, Prezident Əbülfəz Elçibəyin 8 avqust 1992-ci il tarixli Fərmanınaəsasən Qarabağda olan 40 minlik silahlı qüvvə yeni yaradılmış 2-ci OrduKorpusuna tabe etdirilmiş və Surət Hüseynov korpusun komandanı təyin edilmişdi. Nəticədə1993- cü ilin 4 iyununda korpus komandiri və onun tərəfdarları Gəncə şəhərində  qiyam qaldırdı. Surət Hüseynov və qiyamçıları  hakimiyyət böhranına səbəb oldu. Yaranmış vəziyyətdənistifadə edən düşmən Rusiyanın yaxından iştirakı ilə bütün cəbhə boyu üstünlükyaradaraq təşəbbüsü ələ aldı. Bundan sonra silahlı qüvvələrimizin əvvəllər azadetdiyi ərazilər və Qarabağətrafı bölgələr bir- birinin ardınca işğal edildi.

-Əvvəl Ağdamın, sonra isə Füzulivə Cəbrayılın işğalı Qubadlını çıxılmaz vəziyyətə salındığını göstərirdi...

-14 avqust 1993- cü ildənbaşlayaraq düşmən Qubadlı və Cəbrayıl cəbhəsində aktiv hərbi əməliyyatlarabaşladı. Qubadlıda Hadrut istiqamətində düşmən həmlələrinin qarşısını alınsada, Çəbrayıl istiqamətində düşmənidayandırmaq mümkün olmadı. Qubadlıdakı hərbi-hissənin ehtiyat bölməsi tank vəBM-21 "Qrad" qurğuları ilə gücləndirilərək Cəbrayıl istiqamətinə göndərildi. 23 avqust ayında Füzuli və Cəbrayıl rayonlarıişğal olunsa da, bu istiqamətdəki durum haqqında bir məlumatımız yox idi. 




25avqustda erməni silahlı dəstələri tərəfindən Horadiz kəndinin tutulması realmühasirə demək idi. Həmin gün Qubadlıya elektrik verilməsi dayandi. Başarat kəndiniermənilər tutdular. 27 avqustda düşmən 8 tankla gücləndirilmiş batalyonla YazıDüzü istiqamətində ( Cavabdeh olduğum sol cinah) mövqelərimizə həmlə edərəkQurbantəpə adlanan ərazidəki ön müdafiə mövqelərimizi tutdu. 28 avqust səhərsaat 4 - də düşmənə endirilən artilleriya zərbəsindən sonra (Art.rəsi kapitanQ. Babayev) Birinci batalyon (komandir- k-n. S. Paşayev) Əliquluuşağı istiqamətdənmənim başçılıq etdiyim qrup əks həmləsi ilə düşmən böyük itkilər verərək Qurbantəpədəkimövqelərimizdən qovuldu. İki düşmən tankı qənimət olaraq ələ keçirildi. Həmindöyüşdə 7 döyüşçümüz şəhidlik zirvəsinəqovuşdu.

-Üç gündən sonra mövqeləritərk etmək məcburiyyətində qaldınız...

-Təəssüflər olsun ki, digəristiqamətlərdə vəziyyət bizim xeyirimizə dəyişmirdi. 28-30 avqustda düşmənbütün Həkəriboyu kəndləri, Xanlıq dadaxil olaraq uşğal etdi. 31 avqustda bütün qüvvələri cəmləyərək Qubadlı şəhəriüzərinə hücuma keçdi. 15.30 radələrində rabitəçı mənə mövqeləri tərk edərəkgeri çəkilməyim haqqında əmri çatdırdı. Hava xətti ilə 20 km arxada Qubadlı şəhəriyanırdı... Qubadlı işğal olunarkən düşmən 32 tank və digər zirehli texnikadanistifadə etmişdi. Bizim hərbi - hissıdə 5 tank bunlardan 4 - qənimət olaraq ələkeçırilmişdi. Döyüşlərdə 9 düşmən tankı məhv edilmişdi. Bizim itkilərimiz 54hərbçi: bunlardan 5- zabit, 312 yaralı, 100- dən artıq əsir və girov ! Bununla belə qələbəyə olan ümidimi üzməmişəm! HazırdaQafqazın ən güclü ordusu Azərbaycan dövlətinə məxsusdur! İnşallah, bu ordu ilətorpaqlarımızı ermənilərdən azad edəcəyik! Azad etməliyik!

-İnşallah, o gün uzaqda deyil!İlham müəllim. Maraqlı söhbətə görə, sizə dərin təşəkkürümüzü bildiririk! Qələbədiləyilə!

Əntiqə Rəşid