adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Aprel 2020 06:15
22380
ŞOU-BİZNES

Maykl Ceksonun qızı, Farrell və xəstəxanalıq “Avroviziya”...

Dünyanın qarmaqarışıqgünündə, karantin zamanında dünya ulduzlarının bir coxunun yaradıcılığındayeniliklərin olduğu ortaya cıxıb. Adalet.az xəbər verir ki, pop musiqisininkralı Maykl Ceksonun qızı 22 yaşlı Peris "Aludə” serialında İsa peyğəmbərrolunu oynayıb.

Hazırda dünya dərgiləri bu məlumatıtirajlayır. Bildirilir ki, dərc edilmiş kadrlarda onun ağ paltar geyindiyinigörmək olar. Filmin süjeti hələ ki məlum deyil.Qeyd etmək lazımdır ki, cazibədarPeris Cekson ilk dəfə kinoya iki il bundan öncə çəkilib. O, Neş Edqertonun "Təhlükəlibiznes” filmində yer alıb.

Elə bu arada son onilliyin ənməşhur mahnısının adı açıqlanıb. Reytinq Britaniyanın radio vəteleviziyalarında mahnıların nə qədər səsləndirilməsi nəzərə alınmaqla tərtibolunub.

Siyahının lideri Farrell Uillyamsın "Happy” trekiolub. Bu mahnı "Despicable Me-2” cizgi filmi üçün "soundtrack” olaraq yazılıb vəBritaniya çartlarında ən populyar səkkizinci mahnı olub.İkinci yerdə müğənniAdelin ikinci albomunun əsas mahnısı olan "Rolling In The Deep” gəlir.Xatırladaq ki, sözügedən bəstə müğənniyə üç "Grammy” mükafatı gətirib.Siyahıdaüçüncü yerdə "Maroon-5” qrupunun və Kristina Agileranın "Moves Like Jagger”mahnısı qərarlaşıb.

Dünyadan kədərləndirici bir xəbər isə"Avroviziya” yarışmasınaaiddir. Beləki, Niderlandda"Avroviziya”nın keçirilməli olduğu konfrans mərkəzi koronavirusa görə xəstəxanayaçevrilib. Mahnı müsabiqəsi üçün nəzərdə tutulmuş meydançada xəstəxanaçarpayıları düzülüb. Yerli bələdiyyələrvəziyyət pisləşəcəyi vəregionalxəstəxanalar kifayət etməyəcəyi təqdirdə bu yolla özlərinisığortalamaq istəyiblər. Xatırladaq ki, "Avroviziya”nın may ayınaplanlaşdırılmış builki müsabiqəsikoronavirus pandemiyasına görə ləğvedilib.

Əntiqə Rəşid