adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Iyun 2018 13:34
40166
ƏDƏBİYYAT

Maviliklərin Müsyösü - Ümid Nəccari

Fuad Poladovun əziz xatirəsinə ithaf olunur

Ölmək... qəribə kəlmədir. Bu beş hərfli söz eyninə gələndə dönüb olursanokeanda bir zərrə. Anası əlini buraxmış, izdihamlı şəhərdə ayaqyalın o yan bu yanaqaçan uşaq kimi çarəsiz hiss edirsən özünü. Karlar şəhərində hönkürürsən, duyanolmur. Tir kimi uzanıb ölməyə nə var ki?! Yaşaya-yaşaya bu kəlməni dilinə gətirməkdənsöhbət gedir. Ömürboyu təmtənha yaşa, ölüm anında biri peyda olsun, "getmə”sözünü götürüb daş kimi çırpsın pəncərənin şüşəsinə..cingiltidən bağrınpartlasın.. Dünya paltar deyil, soyunub asqıdan asasan, ya da bəyənməyib başqabir rəngi ilə dəyişəsən! Həyat əynində səninlə bərabər köhnəlir.. köhnəlir..Vəbudur, gözünü açırsan ki, daha gözün yoxdur görməyə, daha əlin yoxdur tutmağa!Yatıb durmağını da daha saatın qamış əqrəbləri bəlli etmir...

"-Müsyö,getmə də... nə olar! Bizi buraxma! Buraxma!

-Qorxma, ölmürəm! Gözəgörünməzəqovuşuram!”

Velosipedin üstündə Momo iki əlini kəndirkimi Müsyönün belinə dolayıb ağlaya-ağlaya "getmə” sözünü o həzin səsiylə diləgətirəndə səhnədə olduğumu niyə unutdum? ... Bəlkə də son səhnədə üzümə düşənmavi işığın təsirindən oldu. Səbəbini anlamadım, səhnə həyatımda çox nadirhallarda bu vəziyyətə düşmüşdüm. Həmin anda içimdə, lap dərinlikdə nələrsəoyandı, nələrsə öldü.

Teatrın qapısını ehmalca örtüb çıxdım.Axşam düşmüşdü, iş vaxtı bitmək üzrə idi. Artıq onbeş gün idi ki, tamaşanın məşqlərigedirdi. Küçələr insanlarla dolu idi, qarışqalar yuvasına dolan kimi hamı evinə-eşiyinədönməyə başlamışdı. Mən də evə tələsirdim. Səki izdihamlı idi, addımlarımıkiçik götürməyə məcbur olurdum. Metronun Nizami stansiyasına nə zaman çatdığımıhiss etmədim. Beynimə hakim kəsilmiş düşüncələr bir anlıq yoxa çıxdı, sanki küləkəsdi, bu fikirləri qovalayıb harasa apardı. Başımı qaldırdım, gözlərimə ilk dəyəninsanların mənə təbəssüm dolu baxışları oldu. Bu sevgi yaxşı hiss bağışlasa da,fikrimi yayındırırdı, elə bil hamı əlbir olub məni özümdən qoparıb özlərinəyapışdırırdı. Düşüncəmin kələfini tuta bilmirəm, ip yumağının ucunu itirmişkimi karıxıram belə hallarda. Hava çox soyuq idi, bir siqaret yandırdım, tüstüciyərimə gedəndə təngnəfəs oldum.

"Mavi küçə gözəldir, mavi olmasa da!!”- Müsyöüzünü Momoya tutub bu cümləni deyəndə mən uzaq Parisin o Mavi küçəsində marketdəoturub fransızca müştəriləri salamlayırmış kimi hiss edirdim özümü. Mavi küçəninmavi olub olmamasını dəqiq bilməsəm də, oranın qara rəngdən uzaq olduğuna əminidim. Tamaşanın son səhnəsində Müsyö mavi işıq içində ölərkən Momo titrək əlləriilə onun gözlərini bağlayır. Ola bilsin ki, Müsyö gözəgörünməzliyə qovuşmaq üçünməhz mavi işığa bürünməlidir. Siqaretimi söndürüb metro stansiyasına daxil oldum. Mühafizə məmuru mənitəbəssümlə qarşıladı. Hər zaman olduğu kimi bu dəfədə yoxlama aparatını əlimdəki çantaya yaxınlaşdırmadı. Eskalatordan düşəndəqatar artıq tərpənmişdi. Növbəti qatarın gəlişini bir neçə dəqiqə gözləməliydim.

"-Ölmə… mən qorxuram, Müsyö! Bəs bərabər dənizəgedəcəyik deyə söz vermişdim. Bəs necə oldu?!! Ölmə!

-Momo, ağlama! Gəldiyimizyolda çayları gördünmü? Onları dənizə axıb tökülür. Həmin çayların biri bizik!Məsələn Momo çayı, İbrahim çayı… Mən rahat yaşadım, xoşbəxt yaşadım. Artıqyoldaşım da dünyasını dəyişdi. Hələ də onu sevirəm!”



Momo Müsyönün əlinitutur, gözlərinin yaşını silir və Müsyö gözəgörünməzliyə qovuşur. Sonra pərdələrçəkilir, tamaşaçılar dağılır, hər kəs öz evinə gedir və iki gün sonra səhnədəgördüklərini unudurlar. Biz isə qrimlərimizi silib, paltarlarımızı dəyişibbaşqa rollara hazırlaşırıq. Amma o mavi işığın içində, həmin bağlı pərdələrarxasında, həmin gözəgörünməz yerlərdə Momo özünü bir çay hesab edir. O, Maviküçənin uşağıdır, dəniz olmağı düşünməkdədir. Hamıdan xəbərsiz, hamıdan gizlinMüsyönün ölüsü işıq olmaqdadır!

Qatar gəldi.Yanımda dayanmış bir xanım bütün diqqəti ilə mənə baxırdı. Fikir aləminə qərqolanda ətrafımdakı insanların fərqinə vara bilmirəm, bu xanımın da bayaqdan baxışları ilə məni izlədiyinigörmürdüm. Hamı qatara minməyə can atırdı, biri özünü qaça-qaça güclə çatdırdı.Üzünü görməsəm də, ayaq səsini eşidirdim.

"Ayaqqabların köhnədir, Momo! Diqqət etməlisən,sənin bir cüt ayağın var. Ayaqqabların rahat deyilsə, dəyişdir.

-Pul olmayan yerdəayyaqqabı almaq üçün bəzən ayaqlarını da satmalı olursan.”

Ayaqlarımız bizihara aparır görəsən? Metronun "Gənclik” stansiyasında düşəcəkdim. Qapılarbağlanır və hamımız bir qatarın içində yola düşürük. Qatarın taqqıltısı fikrimiyayındırırdı. İş vaxtının sonu olduğuna görə vaqonun içində iynə atsan yerədüşməzdi. Dirəkdən yapışmaq niyyəti ilə çətinliklə də olsa içəriyə doğru birneçə addım atdım. Sərnişinlərin mənə təəccüblə baxmasına öyrəşmişdim. Bubaxışlar illərin tanışı kimi gəlirdi mənə. Metroda bir aktyor!

Yaşlı bir kişi yanındakiçik qız uşağı düz qarşımda oturmuşdu.Kişi uşağın çantasını və şərfini qucağında saxlamışdı. Uşaq isə əliniqucağındakı dəftərin üstünə qoyub barmağını qələm təki üstündə gəzdirirdi. Kişiçox güman ki, uşağın babası idi. Əynində nimdaş pencək, amma təmiz və ütülü ağköynək vardı, qırmızı qalstuk taxmışdı. Hansısa böyük bir zavodda baş mühəndisvəzifəsində işləyən adama bənzəyirdi. Daha doğrusu təqaüdə çıxmış mühəndisə. Babailə qızın gözləri bir-birinə elə düyünlənmişdi ki, sanki illərdir çox uzaq qalıblar, elə lap indigörüşüblər. Balaca qız masmavi gözlərinibabaya dikmişdi, zərif çəhrayı dodaqları ilə gülümsəyirdi. Qızın mavibaxışlarında qeyri-adi nəsə vardı, göz bəbəkləri istəmsiz şəkildə fırlanırdı. Başının müvazinətinisaxlaya bilmirdi, başı çiyinlərinin üstündə aramsız şəkildə titrəyirdi. Görünür,hansısa anadangəmə xəstəlikdən əziyyət çəkirdi. Bəlkə də babası onu fiziki qüsurlu uşaqlar üçün məktəbdəngətirirdi. Hə... onu ordan gətirirdi...Kimsə qəfil mənə dəydi, sərnişinlərin biri qolumu tutub "bağışlayın”-deyib yanımdan keçdi.

Baba qızın əliniovcunda elə nəvazişlə tutmuşdu ki.. Baxışlarından boylanan ağrı səssizcədanışırdı, susqun-susqun qıza "incimə” deyirdi. Babanın gözlərinə və üzünəqonmuş təbəssümdə Ağrı dağın acıları qədər kədər var idi. Bu görüntü vaqondakıdigər sərnişinlərə də təsir etmişdi, simaları bir neçə saniyə içində dəyişmişdi.Qatarın səsində belə dəyişiklik var idi. Həmişəki kimi ürəkdən fit verəbilmirdi, boğazında tikə qalmış təki boğula-boğula səslənirdi.

"Axı mən nə edə bilərəm?Əlimdən nə iş gəlir? Söylə! Əlim nə qədər qısadır, görmürsən? Kaş ki, bir yololardı.. Lap bu yeganə pencəyimi satardım... Sənin qüsurunu səndən alardım.. Yolumyoxdu ki!”- babanın susqunluğu bunları deyirdi.

Uşaq isə barmağınıdəftərin üstündə sürüyərək israrla gülümsəyirdi... Qatarda bütün səslərsusmuşdu, sadəcə onların sükutudanışırdı.

"Heç narahat olma,baba! Hər şey yaxşıdı. Mənə görə kədərlənmə. Bu vəziyyət məni incitmir daha...gəl yaxşı şeyləri düşünək. Gəl unudaq bunları və sadəcə gülümsəyək”- masmavigözlər kosmosda itmiş bir planet kimi fırlanırdı. Onların maviliyinə baxanda birdənParisin Mavi küçəsində Momonun səsini eşitdim. Mənə görə bütün insanlar aktyordu,ancaq bəziləri mənim kimi bunu peşə olaraq seçirlər. Hamının üzündə maskasıvar, hamı özünü gizlətməyə məhkumdur. Amma qarşımda oturan bu kiçik qız nə aktyoridi, nə də üzündə maskası var idi. İlk dəfə idi ki,maskasız bir insanı bu qədər yaxından görürdüm. Baba ilə nəvənin bir-birinəilişmiş təbəssümləri məndən xəbərsiz idilər, onlara necə heyrətlə baxdığımı heçhiss etmirdilər. Bir ruh kimi gözəgörünməz idim. Uşağın təbəssümü çoxaldıqcababanın gözlərindəki hüzn artırdı. Baba həqiqətin acısına bürünürdü..

"Kaş sən də o biriuşaqlar kimi məktəbə özün gedib qayıda biləydin!”

"Metrodan çıxanda əlimi tut! Sən bilirsən ki,bir an başım dönüb yıxıla bilərəm. Məni yaşatmağa bircə əl lazımdır”

Qızın saçındanayrılan bir neçə tel üzünə dağılmışdı, gözünün üstünə düşüb baxmasına maneolurdu. Baba gözlərini uşaqdan ayırmadan əlinin nəvazişi ilə saçları kənara itələdi,şərfi qızın boynuna doladı. Üşüməsin deyə paltosunun yaxasını düymələdi.

Masmavi gözlərin sahibiağrılarını təbəssümündə gizlədən qüsurlu uşaq idi. Onun gözləri olmasa,dünyanın bütün mavi küçələri qaranlığa quylanacaq. Daha nə mağazanın içindəMüsyö adında bir kişi səmavi kitabı oxuyacaq, nə də Momo gizlincə atasınınkitablarını satacaq. Mavi küçənin velosipedlərinin zəngi də səslənməyəcək.Dünya onların sükutuna batıb bütün maviliklərini itirəcək. Göy üzündə nə birquş, dənizdə isə nə bir balıq qalacaq. Limanlardan gəmilərin fit səsləri eşidilməyəcək.Bomboş teatrda ancaq boş oturacaqlar olacaq. ErikEmmanuel Şmitt də yazmağı buraxıb küçələrdə simit satacaq. Qara rəngli məhəllələrdənucalan qəhqəhə səsləri aləmin qulağını kar edəcək. Nazim də ceviz ağacıaltındakı məzarda ağrıyacaq və qələmi götürüb ağlaya-ağlaya təzədən yazacaq:

Güzelgünler göreceğiz çocuklar
Motorları maviliklere süreceğiz
Çocuklar, inanın, inanın çocuklar
Güzel günler göreceğiz güneşli günler...

Və Momo mavilikləri görmədən sapsarı skeletədönəcək. Fikirlər bulud kimi beynimin içində dolurdu, yağmağa bənd idi... Kimsəəlini çiynimə qoydu.... "Fuad müəllim, Fuad müəllim…”- səs lap qulağımındibindən gəlirdi. Gənc bir oğlan "Sonuncu stansiyadır”-deyib qatardan düşdü.Şaşqın halda ətrafıma baxdım. Qatarda məndən başqa kimsə qalmamışdı. Qarşımdakibaba və qızın oturacağı da boş idi. Bomboş qatarın içində özümü görəndəçökdüyümü hiss etdim, əzgin hisslərlə metronun foyesinə çıxdım. Kiçik və astaaddımlarla pilləkənlərə yaxınlaşdım. Çölə çıxanda havanın isti və soyuqolmasını sezə bilmədim. Şəhərə qaranlıq bir mavilik çökmüşdü. Sanki bayaq gördüyümşəhər deyildi. Təzə bir mühitə, bambaşqa bir auraya düşmüşdüm. Dahatələsmirdim. Heç hara gedəcəyimi də dəqiq bilmirdim. Başım fırlanırdı. Siqaretimi yandırıb tez birskamya tapıb oturdum. Momonun səsi qulaqlarımdan əks-səda verirdi. "Ölmə… məniburaxıb getmə, Müsyö!”. Lap uzaqdanvelosiped zənginin səsi gəlirdi. Sonra üzümə mavi işıq düşür. Daş mədənindəişləyən işçi kimi yorğun hiss edirəm özümü.Heç yeri görə bilmirəm, sadəcəbir əl axtarıram… bir əl ki, gözlərimibağlasın.