“Belə çıxır ki, Ukraynaya qarşı müharibədə iştirak edən şəxs cəzasız qalacaq...”
“Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın mülki təyyarəsinin raketlə vurulmasıyla bağlı məntiqsiz açıqlama verib. Birincisi, Zaxarova açıqlamasında təyyarənin raketlə vurulması ifadəsi əvəzinə Kremlin təlimatıyla “sərnişin təyyarəsinin qəzaya uğraması” cümləsinə üstünlük verib. İkincisi, Zaxarova deyib ki, guya Rusiya təyyarəylə bağlı əldə olunmuş bütün razılaşmaların icrası üzərində ardıcıl şəkildə işləyir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
““Tərəflər aviaqəza kontekstində qalan bütün məsələlərin tənzimlənməsinə hədəflənib”, deyə Zaxarova vurğulayıb. Yalandır. Rusiya razılaşmaların “icrası” üzərində necə işləyir ki, nə həlak olanların ailələrinə və yaralılara kompensasia ödənilib, nə də təyyarəmizi raketlə vurmağı əmr edənlər cəzalandırılıb. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə bugünkü açıqlamasında “Rusiya tərəfindən mütəmadi addımların atılmasını gözləyirik. Bizim mövqeyimiz dəfələrlə ən ali səviyyədə qarşı tərəfə çatdırılıb” cümləsi Rusiyanın məsələnin həllinin uzatmasına işarədir. Rusiya məsuliyyətdən yaxa qurtarmaq üçün vaxtı uzatmağa çalışır. Mariya Zaxarovanın açıqlaması bu qəbildəndir. Bu arada, Rusiya Dövlət Dumasının Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış və ya Rusiya tərəfdə hərbi əməliyyatlarda iştirak etmiş əcnəbilərin ekstradisiyasını qadağan etməsi də diqqəti cəlb edib. Yeni qanuna görə, Rusiya Federasiyasında hərbi xidmət keçən xarici vətəndaşlar başqa dövlətlərə verilməyəcək. Belə çıxır ki, hansısa dövlətdə cinayət törədib Rusiyaya qaçan və Ukraynaya qarşı müharibədə iştirak edən şəxs cəzasız qalacaq. Bu qanun həm də Rusiyada çalışan miqrantları müharibədə iştiraka şirnikləndirmək məsqədi daşıyır”, - deyə o, bildirib.
Vasif
Digər Xəbərlər
27 Fevral 2026 11:57
“Xocalı Memorial Kompleksi tarixi faktların sistemli şəkildə...” - Könül Nurullayeva
27 Fevral 2026 11:55
"Ramiz Mehdiyevin evindən tapılan pullar ilə 10 tammetrajlı film çəkmək olar" - Aqil Abbas
27 Fevral 2026 11:41
"Bakı məhkəməsində onlara da hökm oxunmalıdır" - Deputat
27 Fevral 2026 11:06
“Xocalı Memorial Kompleksi göstərir ki, biz tariximizi heç bir zaman unutmamalıyıq”
27 Fevral 2026 11:02
Parlamentin iclası başladı
27 Fevral 2026 10:54
Prezident Efiopiyanın Baş naziri ilə təkbətək görüşdü - FOTO
27 Fevral 2026 10:33
“Əgər bu alınmırsa, onların davranışı hüquq üsullarla tənzimlənir...”
27 Fevral 2026 10:30


Bakı -°C

