Masazırda oteldə qadını öldürən şəxs "isti izlərlə" yaxalandı

Masazırdakı oteldə qadını öldürən şəxs tutulub.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili işlər Nazirliyinin birgə məlumatında deyilir.
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Belə ki, oktyabrın 31-i gecə saat 05 radələrində Masazır qəsəbəsində yerləşən otellərin birində 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə 1996-cı il təvəllüdlü Rəsul Niftəliyevin tamah niyyəti ilə zərərçəkmişi boğub öldürərək sonuncunun üzərində olan 150 manat pulu götürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Rəsul Niftəliyev şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Digər Xəbərlər

Vardanyan yenidən zərərçəkmişlərlə üz-üzə

"Sputnik Azərbaycan"da saxlanılanlarla bağlı məhkəməyə təqdimat daxil olub

Azər Zahid ev dustaqlığına buraxıldı

Baş prokuror Yekaterinburq hadisələri ilə bağlı cinayət işi başlatdı

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdilər - FOTOLAR

Özünə polkovnik rütbəsi vermişdi, 10 il həbs olundu

Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı qeyd olunub
