Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib
Masallı Rayon Polis Şöbəsinə rayonun Köhnə Alvadı kəndində yas mərasiminin təşkil edilməsi barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib, karantin rejiminin qaydaları və tələbləri bir daha orada olan şəxslərin diqqətinə çatdırılıb. Mərasimin keçirilməsinin qarşısı alınıb.
Yas mərasimini təşkil edən və orada olan ümumilikdə 7 nəfər barəsində karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış material baxılmasından ötrü Masallı Rayon Məhkəməsinə göndərilib.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48