Masallıda maskalı şəxs evə basqın etdi - Xəsarət alan var
Masallı rayonunda yerləşən evlərdən birində quldurluq hadisəsi qeydə alınıb. Yaşayış evinə daxil olan maskalı şəxs ev sahibini hədələyərək pul tələb edib və ona kəsici alətlə xəsarət yetirərək oradan uzaqlaşıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini 31 yaşlı Hikmət Şəmistanlı müəyyən edilərək saxlanılıb. Araşdırmalarla H.Şəmistanlının həmin cinayət əməlini zərərçəkmişin qohumu olan 31 yaşlı Elçin Həsənovla qabaqcadan əlbir olub razılığa gələrək törətdiyi müəyyən edilib.
Belə ki, E.Həsənov qohumuna məxsus yaşayış evini qarət etmək üçün tanışını yaşadığı rayona çağırıb və həmin ünvanda xeyli miqdarda pulun olduğunu bildirib.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
16 Aprel 2026 11:07
Binəqədidə saxlanılan şəxslərdən 54 kq narkotik vasitə aşkarlandı - VİDEO
15 Aprel 2026 16:31
Sabirabadda 5 kiloqram narkotik vasitə aşkarlandı
15 Aprel 2026 12:57
Uşaq arabasında qaçaqmal keçirmək istədilər
15 Aprel 2026 10:32
Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı
15 Aprel 2026 09:57
Şəmkirdə evlərdən 25 min manatlıq oğurluq etdi
14 Aprel 2026 17:12
Marketlərdən lotoreya biletləri oğurlayan şəxs saxlanıldı
14 Aprel 2026 16:24
İnsan alverində təqsirləndirilən qadınlar həbs olundu - VİDEO
14 Aprel 2026 15:27


Bakı -°C

