adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Iyun 2018 14:09
17244
MƏDƏNİYYƏT

Masallıda Lahıc misgərlik sənətini yaşadan usta Taleh Ağayevin sənət möcuzələri...

Bu gün Lahıc misgərlik sənət ocağının qığılcımlarıbütün Azərbaycan boyu yayılıb. Lahıclı ustaların başqa bölgələrdən olandavamçıları bu unikal sənəti öz rayonlarında, kəndlərində yaşadır və bütündünyaya tanıdır. O ustaların izi ilə insan dünyanın hər hansı bir yerinə getsə,onların heyratamiz əl işlərini görüb təbliğ etsə yorulmaz. Mən də bu yoldayolçuluğumu davam etdirirəm.

Bildiyiniz kimi rəhbərlik etdiyiminYeni Həyat İqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan RespublikasınınPrezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınınmaliyyə dəstəyi ilə "Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlıtədbirlərin təşkili” layihəsi çərçivəsində Lahıcın qədim misgərlik sənətinin bugünkü vəziyyətini geniş şəkildə araşdırıram. Əlbəttə, əldə etdiyim hər birinformasiya, emalatxanasında olduğum bütün sənətkarların bir məqədi var-Lahıcmisgərlik sənətini yaşatmaq, onu gənc nəsilə öyrətmək və bu sənətingözəlliklərini təbliğ etmək. Sözsüz ki, sənətkarlar çalışır ki, daha maraqlı əlişləri ilə çağdaş müştərini, tamaşaçısını, sənət sevdalılarınısevindirsin.

Keçən yazılarımda da qeyd etmişdim ki, misgərlikqədim Dəmir dövründən qalma və hələ də yaşadılan xalq sənətidir və bu gün də busənətin kifayət qədər davamçıəları var. Bu ustaların əl əməyindən yaranan sənətəsərləri Azərbaycanı, Lahıcı, daha başqa bölgələrimizi dünyada tanıdıb.

Maraqlıdır ki, lahıclı misgərlər ancaq Lahıcda oturub bu işi davametdirmirlər. Onlar ölkəmizin müxtəlif bölgələrində misgərlik emalatxanası açaraqfəaliyyətlərini daha da genişləndirirlər.

Masallıda yaşayan Lahıclı misgər Taleh Ağayev çox böyük ləyaqətlə busənəti davam etdirir. Usta Talehin emalatxanasındakı mis qablar qablar,samovarlar və qədimi qazanlar insanları valeh etməyə bilmir. Usta işini ancaqyeni əşyalar hazırlamaqla məhdudlaşdırmır, o, həmçinin samovarların, əntiq metal qablarıntəmiri ilə də məşğul olur. Usta Taleh bildirirki, qapaqlı mis qazanın hazırlanması 50-200 manata başa gəlir. Bir məcməyiniisə ölçüsündən və materialından asılı olaraq 50-150 manata almaq olar. Qablarınüzərinə ən çox milli ornamentlərdən olan buta naxışları döyülür. O, qeyd edirki, bəzən isə müştərilərin istəklərinə uyğun olaraq, usta müxtəlif təsvirlərhəkk edir. Misgərlik sənətini dövrümüzdə yaşadanlardan olan usta Taleh MasallınınBoradigah qəsəbəsində yaşayır. O, bu günölkəmizdə bu sənəti yaşadan az sayda ustalardan biridir ki, onun əl işləriAzərbaycandan kənarlarda da məşhurdur.

Ustanın emalatxanasında olan hər kəs bura daxil olarkən elə bilir ki,misgər emalatxanasına deyil, böyük bir muzeyə daxil olub.

O, misgərlik sənətinin incəliklərindən danışarkən deyir:”Bizim əslimizİsmayıllının Lahıc kəndindəndir. Rəhmətlik atam Lahıcda misgər işləyib, sonraköçüb Ağdama, oradan da Masallıya. Atam və ustam olan Nurəddin kişi öz dövrününən tanınmış və gözəl misgərlərindən idi”.

Keçən yazılarımda da qeyd etmişdim ki, misgərlik nəsildən nəsiləötürülən, ailə üzvləri tərəfindən davam etdirilən, yaşadılan xalq sənətinövüdür.

O, həmçinin deyir ki, uşaqlıqdan bu sənətə maraq göstərib və bu yoludavam etdirdiyi üçün peşiman deyil:”Uşaqlığım atamın emalatxanasında keçib vəuşaq vaxtlarından atamın necə işlədiyinə baxa-baxa öyrənməyə başladım. 17-18yaşlarımda isə artıq sərbəst şəkildə misgərlik edirdim. Mis qabların necəhazırlanmasına gəlincə, deyim ki, bu iş dəqiqlik tələb edir. Mis, yaxud bürüncmaterial müxtəlif qabların formasını alır, sonra onun üzərində diyircəkli qələmvə ya markerlə eskizini çəkirəm. Ardınca onun bəzəklərini döymə üsulu iləişləyirəm. Yaxud da əksinə, öncə qabın bəzəyi hazırlanır, sonra döyülərəkformaya salınır. Əvvəllər rəhmətlik atam və biz 4 qardaş birlikdə işləyirdik.Sonra o biri qardaşlarım sənətlərini dəyişdilər, yalnız mən öz dədə-babasənətimizə sadiq qaldım və davam etdirdim. Sovet dönəmində işimiz,sifarişlərimiz çox olardı. Ən çox sifarişlər Lənkəranın kəndlərindən gəlirdi.Elə Lənkəranın özündən də müştərilərimiz az deyildi. Əsasən, mis məcməyilərtələb olunurdu. SSRİ dağılandan sonra yaranan vəziyyət misgərlik sənətində dəmənfi izlərini qoymaya bilmədi. Bu ilk növbədə özünü müştərinin bu işəmünasibətində göstərməyə başladı. Müştərilərin sayı kəskin şəkildə azaldı.2000-ci illərdən bu sənət yenidən dirçəlməyə başladı. Əvvəlki kimi olmasa da,hazırda pis-yaxşı dolanırıq. Hazırda sifarişlərin çoxu rayon rəhbərliyindəngəlir”.

T. Ağayev samovarların, əntiq metal qabların təmiriilə də məşğul olur, müştərilərin istəyinə uyğun olaraq köhnə qabları qalaylayır.O, qeyd edir ki, xarici ölkələrdən də müştəriləri olur. "İrandan, Rusiyadan, Türkiyədən vəhətta Almaniyadan da ona sifariş verənlər var. Xüsusilə qeyd etmək yerinə düşərki, ustanın hazırladığı qapaqlı plov qazanı Rusiyada yaşayan həmyerlilərimiztərəfindən alınaraq, Sankt-Peterburq merinə hədiyyə edilib”-deyə sənətkar vurğulayır.

Əziz dostlar, gördüyünüz kimiLahıc misgərlik sənəti yalnız bir rayonda, qəsəbədə öz fəaliyyətiniməhdudlaşdırmır, bu sənəti yaşadan ustalara Azərbaycanın hər yerində rastgəlinir. Bu da o deməkdir ki, misgərlər qədim ənənəvi xalq sənətimiziyaşatmaqla bu sənətə müasir gəncliyin ürəyində məhəbbət yaratmaq istəyir.Gənclik bu sənətə sahib durarsa onun ömrü daha uzun olar...

Ədil ƏDİLZADƏ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur