Masallıda kriminal aləmlə əlaqəsi olan şəxs tutuldu
Masallı rayon sakini külli miqdarda narkotik vasitə ilə saxlanılıb.
Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun Ərkivan qəsəbə sakini, 1988-ci il təvəllüdlü Cəfərov Natiq Nəriman oğlunu saxlayıb.
N.Cəfərov saxlanılarkən üzərinəki bağlamada 1,5 kiloqram çəkidə qurudulmuş marixuana aşkar edilərək maddi-sübut kimi götürülüb.
N.Cəfərov narkotik tərkibli bitkini özü yetişdirdiyini söyləyib.Saxlanılan şəxsin kriminal aləmlə sıx əlaqəsinin olduğu bildirilir, əvvəllər törətdiyi ağır cinayətə görə məhkumluq həyatı yaşadığı bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Digər Xəbərlər
27 Aprel 2024 13:33
Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21Avtomobil oğurlayan Salyan sakini saxlanıldı
27 Aprel 2024 09:15