adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Fevral 2019 16:17
5308
HADİSƏ

Masallıda ağır qəza - Sürücünün meyitini FHN çıxardı

Masallı rayonunun Təzə Alvadı kəndində "Mercedes” və "Nissan” markalı iki minik avtomobili toqquşub.

FHN-dən Adalet.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Nissan” markalı minik avtomobilinin sürücüsü, 1947-ci il təvəllüdlü Ağayev Adışirin Astan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.