Mart ayında “Azərişıq”a 13 min müraciət edilib
"Azərişıq” Adalet.az-a bildirilib ki, mart ayı ərzində sahibkarlarla yanaşı, əhali abonentlər də asanlaşma prosesinin bütün bölgələrə əhatələnməsindən, o cümlədən prosedurların sadələşdirilməsindən faydalanıblar. Belə ki, mart ayının 19 iş günü ərzində 2972 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün "ASAN xidmət” vasitəsi ilə "Azərişıq” ASC-yə müraciət edib.
Ümumilikdə isə mart ayı ərzində "Azərişıq” ASC-nin "ASAN xidmət” mərkəzləri vasitəsi ilə göstərdiyi 11 xidmət üzrə (əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb bu sənədin verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart kartların bərpası və yenisinin verilməsi, abonentin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart karta ödənişin yüklənməsi və məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu)13 minə yaxın müraciət olunub.