Mart ayı üzrə pensiyaların ödənişinə başlanılıb
Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiya, müavinət və təqaüdlərin qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayrama qədərki dövrdə ödənilməsi təmin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Adalet.az-a verilən məlumata görə, pensiyaların ödənişinə artıq başlanılıb və Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar vətəndaşların hesablarına köçürülüb.
Növbəti iş günlərində bu proses digər bölgələr üzrə davam edəcək və martın 19-dək bütün növ pensiyaların ölkə üzrə ödənişi başa çatacaq.
Həmçinin müavinət və təqaüdlərin də yaxın günlərdə qrafikdən əvvəl ödənişinə başlanması və həmin ödənişlərin də Novruz bayramına qədər həyata keçirilməsi nəzərdə tutulub.
Digər Xəbərlər
29 Aprel 2024 18:24
Ermənistanla sərhəddə 35 dirək quraşdırılıb - RƏSMİ
29 Aprel 2024 18:00Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb
29 Aprel 2024 17:45Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub
29 Aprel 2024 17:26Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi
29 Aprel 2024 16:43