Mane "Qəbələ"yə keçir?
Qazaxıstanın "Akjayık" klubunun hücumçusu Malik Mane karyerasını ölkəmizdə davam etdirə bilər.
Adalet.az-ın "sports.kz" saytına istinadən yaydığı xəbərə görə, bu barədə seneqallı futbolçunun meneceri Valeri Reşetnyov məlumat verib. O bildirib ki, afrikalı oyunçuya "Qəbələ" və İranın "Persepolis" klublarından təklif gəlib. Hətta menecer bu klublarla ilkin danışıqların olduğunu da gizlətməyib. Reşetnyov həmçinin Qazaxıstan Premyer Liqa təmsilçilərinin də Maneyə maraq göstərdiklərini iddia edib.
Qeyd edək ki, bu mövsüm "Akjayık"ın heyətində 27 çempionat oyununa çıxan 30 yaşlı forvard 9 qol vurub və 2 məhsuldar ötürmə verib.
Digər Xəbərlər
04 May 2024 13:37
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06