"Manatı Mərkəzi Bank sabit saxlaya bilmədi və 10 milyard dollar itirdik" - İlham Əliyev
“Bildiyiniz kimi, bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi”.
Adalet.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz bu addımı atmasaydıq, biz bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Haradasa 10 milyard dollar. Təxminən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdir. Nəticə etibarilə manatı Mərkəzi Bank sabit saxlaya bilmədi və 10 milyard dollar valyutanı biz itirdik”, - dövlət başçısı vurğulayıb.
Digər Xəbərlər
14 Mart 2026 09:21
Azərbaycan neftinin qiyməti 109 dolları ötdü
13 Mart 2026 14:55
“İqtisadi diplomatiya siyasətinin ən böyük uğurları dövlətimizin aktivinə yazıldı”
13 Mart 2026 11:58
Azərbaycandan Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb
13 Mart 2026 11:29
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb
13 Mart 2026 11:29
"Sosial ödənişlərin artırılması ilə bağlı mühüm qərarlar qəbul olunub" - Baş nazir
13 Mart 2026 11:24
İran ixracatı qadağan etsə, Azərbaycanda nə bahalaşacaq?
13 Mart 2026 11:08
Dövlət sektorunda işləyənlərin sayı açıqlanıb
13 Mart 2026 11:07


Bakı -°C

