Malıbəyli və Quşçular qətliamından 34 il ötür
Bu gün Malıbəyli və Quşçular qətliamının ildönümüdür.
Adalet.az xəbər verir ki, qətliamın törədilməsindən 34 il ötür.
1992-ci ilin 10-12 fevralında erməni qeyri-qanuni silahlı birləşmələrinin Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib.
Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndi rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4 000 nəfərə yaxın əhali yaşayırdı.
Qarabağ müharibəsi başlanan andan bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi.
Fevralın 5-də kəndlərin üzərində uçan helikopter sakinlərə üzərində yaşayış yerlərini tərk etmək üçün iki gün vaxt verildiyi yazılan bildirişlər paylayıb. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış helikopterlə mümkün olub. Şuşaya uçan axırıncı helikopter isə yanvarın 28-də ermənilər tərəfindən vurulub.
Fevralın 10-u gecə yarısı erməni silahlı birləşmələri Malıbəyliyə hücum edib. Qadın və uşaqlar Quşçular kəndinə qaçıb. Bütün evlər yandırılıb. Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşub.
Məhz Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərindəki qətliamdan sonra yüzlərlə günahsız azərbaycanlının qanı axıdılan Qaradağlı, Ağdaban soyqırımları və əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı baş verib.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

