Makronu arvadı şapalaqlayıb:Təyyarədə

Fransa prezidenti Emmanuel Makronu arvadı şapalaqlayıb.
Adalet.az xəbər verir ki, Vyetnama xanımı Bricit Makron ilə səfər edən Makron gözlənilməz hadisə ilə qarşılaşıb. Belə ki, Bricit Makron Fransa liderinin üzünə sillə vurub.
Məlumatı xarici media yayıb.
Hadisə anı Makronun təyyarəsi Hanoya çatan zaman təsadüfən kameralara düşüb. Cütlüyün çəkiliş apardıqlarından xəbərsiz olduğu bildirilib.
Təyyarənin göyərtəsində onların arasında nə baş verdiyi hələlik məlum deyil.
Qeyd edək ki,bu il amerikalı jurnalist, “Fox News” kanalının əməkdaşı Kendis Ouens (Candace Owens) Fransa prezidenti Emmanuel Makronun arvadı Bricitin dünyaya gələrkən kişi cinsindən olduğunu iddia edir. Onun sözlərinə görə, iddiasını sübut edən sənədlər var.
Hətta bundan bir qədər əvvəl fransalı jurnalist Nataşa Rey amerikalı həmkarına müsahibəsində Bricit Makronun əvvəllər kişi olduğunu bildirmişdi. 2024-cü ilin sentyabrında Paris məhkəməsi buna görə Nataşa Reyi 13,5 min avro məbləğində cərimə edib.
Əntiqə Rəşid
Digər Xəbərlər

Paşinyanla Ərdoğan arasında telefon danışığı olub - YENİLƏNİB

Tacikistan Prezidenti MDB ölkələrini iqtisadi əməkdaşlığı gücləndirməyə çağırdı

Təyyarələrimiz məhv olmayıb, zədələnib - Rusiya XİN
