adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Noyabr 2018 18:36
14068
DÜNYA

MAKRON LİDERLƏRİN GÖRÜŞÜNƏ MANE OLUR

«Rusiyaprezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp mütləq Parisdə görüşəcəklər.Amma bu görüş ətraflı görüş olmayacaq». Bu barədə Rusiya prezidentinin mətbuat katibiDmitri Peskov jurnalistlərə məlumat verib.

TədbirI Dünya müharibəsinin bitməsinin 100 illiyinəhəsr olunduğu üçün format iki liderin görüşünün hərtərəfli müzakirələr aparılmasınaimkan vermir. Bu barədə məlumat verən RİA-Novosti qeyd edir ki, Putin və Tramp Parisdə yalnız «ayaqüstü» söhbət edəcək və gələcəkdəətraflı görüşün keçirilməsi vaxtını müəyyənləşdirəcəklər.

Avropadakıdiplomatik mənbələrinə istinadən «Kommersant»bildirir ki, Rusiya və ABŞ liderlərininParisdə ətraflı görüşünə Fransanın prezidenti Emmanuel Makron mane olub. Tramp «Endryus» aviabazasında jurnalistlərləgörüşündə bildirib ki, o, Parisdə Putinlə görüşəcəyinə əmin deyil. Lakin 30 noyabrtarixində Argentinada keçiriləcək «20»lərin sammitində belə bir görüşün baş tutabiləcəyini istisna etmir. O, qeyd edib ki,gələcəkdə Putinlə hələ çox görüşlər keçirəcək.