adalet.az header logo
  • Bakı -°C
08 Mart 2026 16:44
142
DÜNYA
A- A+

Makron Kiprə gedir

Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi Kiprə səfər edəcək.

Adalet.az xəbər verir ki, bu barədə AFP Yelisey sarayına istinadla məlumat yayıb.

“Makron İran PUA-larının hücumlarına məruz qalan AB üzvü olan dövlətə dəstəyini ifadə etmək niyyətindədir. O, Kipr Prezidenti Nikos Xristodulides və Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşəcək.

Müzakirələr Kipr ətrafında və Şərqi Aralıq dənizində regional gərginliyin azaldılmasına kömək etmək üçün Avropa təhlükəsizlik səylərinin gücləndirilməsinə yönələcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, İran Kiprdəki Britaniya hərbi bazalarına hücum edib.