adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Noyabr 2019 15:26
101629
MƏDƏNİYYƏT

Mahnılarda yaşayan ömür:İslam Rzayev - 85

Qarabağ xanəndəlik məktəbininlayiqli davamçılarından biri , milli musiqi sənətinin görkəmli nümayəndəsi,xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü mərhumİslam Tapdıq oğlu Rzayevin anadan olmasının 85-ci il dönümüdür.

Görkəmli muğam ustası 1934-cü ilnoyabr ayının 11-də Füzuli rayonunun Sərdarlı kəndində anadan olub. O, ilk təhsilinibaşa vurduqdan sonra Bakıda Asəf Zeynallı adına Musiqi Texnikumuna daxilolduqdan sonra burada ustad sənətkar Seyid Şuşinskinin sinfində xanəndəlik sənətininsirlərinə dərindən yiyələnib. Bu dövrdə onun bir müğənni kimi yetişməsində görkəmliifaçılardan Zülfi Adıgözəlovun və Həqiqət Rzayevanın böyük təsiri danılmazdır.İslam Rzayev daha sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinibitirərək ifaçılıq sənətinə gənc yaşlarından başlayır. Müğənni uzun illər ərzindəMüslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. "MuğamTeatrı”nın yaradıcılarından biri olan İslam Rzayev 1988-ci ildən ömrününsonunadək burada bədii rəhbər kimi fəaliyyət göstərib.

Dinləyicinin daxili aləminə nüfuzedərək onda güclü emosional təsir yaratmaq bacarığı, muğam aləminin daxiliqanunauyğunluqlarına bələd olması və incə musiqi duyumu İslam Rzayevin sənətinifərqləndirən mühüm xüsusiyyətlərdən idi. Daim muğam qaynaqlarından bəhrələnən,öz dəst-xətti ilə seçilən və təkrarolunmaz ifa üslubu ilə yadda qalan müğənnininzəngin repertuarlı konsert proqramları sənətsevərlər tərəfindən olduqca yüksəkqiymətləndirilb. Onun uzun bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsiAzərbaycan mədəniyyətinə xidmət göstərməkdən ibarət olub. Böyük məharətləoxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahu-Hindi","Rast" muğam dəsgahları AzTV-nin fonuduna daxil edilmiş, Azərbaycanmusiqi xəzinəsini zənginləşdirib. Bir sıra mahnılar da bəstələmiş, onlardan"Gəl inad etmə", "Dağlar başı", "Almadərən"mahnıları geniş yayılıb. Xalq artisi 70-dən artıq qastrol səfərlərində olub,Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətinitəmsil edib. Pedaqoji işlə də məşğul olmuş, yetirdiyi tələbələr xanəndəlik məktəbininlayiqli davamçıları kimi tanınıb. Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinəgörə 2004-cü ildə ölkə prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif olunub.

Əntiqə Rəşid