Mahnı Teatrında uşaqlar üçün tamaşa
İyunun 18-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında uşaqlar üçün İ.Morazovun əsəri əsasında hazırlanmış "Doktor Aybolit” adlı tamaşanın premyerası olacaq.
Mahnı Teatrının təşkilatçılığı ilə nümayiş ediləcək səhnə əsəri xoreoqraf Ella Hacıyevanın quruluşunda təqdim ediləcək.
Bu barədə direktor müavini İlqar Musayev məlumat verib. Gözlənilməz macarlarla dolu olan səhnə əsərinin janrı ikipərdəli baletdir. Tamaşanın qəhrəmanı bütün növ heyvanları xilas etmək üçün mübarizə aparır.
Tamaşanın premyerasına qatılmaq istəyənlər biletləri şəhərin kassalarından və "ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər. /azertag.az/
Digər Xəbərlər
27 Aprel 2024 16:23
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33Aktrisa: “İnanclara inanmıram”
26 Aprel 2024 13:03“CineMastercard”da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO
26 Aprel 2024 10:52Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO
24 Aprel 2024 11:24