Mahir Emrelinin geyindiyi köynək satışa çıxarıldı
"Legiya"da çıxış edən millimizin üzvü Mahir Emrelinin Avropa Liqasının qrup mərhələsində İngiltərə "Lester"i ilə oyundan sonra müsahibə verərkən geyindiyi köynək gündəm olub.
Qol.az Polşa mətbuatına istinadən xəbər verir ki, köynəyin üzərində oyunun hesabının yazılması diqqət çəkib. Qısa vaxt ərzində hesabın əks olunduğu geyimin hazırlanması müzakirələrə səbəb olub.
Bunu nəzərə alan "Legiya" klubu həmin köynəyi rəsmi mağazalarında satışa çıxarıb. Köynəklərin qiyməti 89 Polşa zlotu (təqribən 38 manat) təşkil edir.
Xatırladaq ki, "Legiya" Mahir Emrelinin qolu ilə "Lester" üzərində 1:0 hesablı qələbə qazanıb.
Digər Xəbərlər
04 May 2024 13:37
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06