Mağazada arvadını boğazından bıçaqladı
Türkiyənin Kayseri şəhərində bıçaqlanma hadisəsi baş verib.
Bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilir ki, Okan T. boşanma ərəfəsində olduğu həyat yoldaşı Ayşegül T.-ni mağazada boğazından bıçaqlayıb. Yaralı qadının köməyinə ətrafdakı insanlar gəliblər.
Məlumata görə, Okan T. arvadını xilas etmək istəyən vətəndaşlara bibər qazı ilə müdaxilə edib. Buna baxmayaraq, ətrafdakılar onu saxlayaraq polisə təhvil verə biliblər.
Yaralı qadın şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Digər Xəbərlər
28 Aprel 2024 09:52
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21