adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Iyul 2020 18:45
46382
ŞOU-BİZNES

Madonna Rusiya hökumətinin onu cərimələdiyini açıqladı

Dünyaca məşhur amerikalı müğənni, aktrisa, prodüser Madonna Rusiya hökumətinin onu cərimələdiyini açıqlayıb.

Korrespondent.net xəbər verir ki, müğənni bir milyon dollar cərimələnib.

O, bunun səbəbi kimisəkkiz il əvvəl Sankt-Peterburq şəhərində verdiyi konserti zamanı LGBT cəmiyyətini müdafiə etməsini deyib.

61 yaşlı məşhur "İnstagram” hesabından 2012-ci ildə keçirilmiş həmin konsertdən video paylaşaraq bu cəriməni ödəmədiyini qeyd edib.