adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Avqust 2020 14:51
31940
DÜNYA

Lukaşenkonun sualları cavabsız qalacaq

Belarusiyadaqaynar nöqtələrdə törətdikləri vəhşilikləri ilə ad çıxarmış Rusiyanın"Vaqner" terror qrupunun 33 muzdlu yaraqlısının həbs olunması genişmüzakirə olunmaqdadı. Prezident Lukaşenko bu günlərdə xalqa müraciətində ayrı-ayrı vaxtlarda, ümumilikdə 200-ə yaxın muzdlu əsgərin9 avqustda ölkədə keçiriləcək prezident seçkilərinə müdaxilə etmək məqsədiləBelarusiyaya göndərildiyini, artıq 33 nəfərinin həbs olunduğunu və onların hərşeyi etiraf etdiklərini bəyan edib. 

Belarusiya KİV-ləri son vaxtlar Lukaşenko vəPutin arasında yaranmış gərginliyə görə, Vaqnerçilərin Belarusiyada dövlət çevrilişi etməkməqsədi ilə göndərilldiyini iddia edirlər. Rusiya tərəfiisə ciddi-cəhdlə bunu təkzib edir və muzdluların guya İstanbul üzərindənLiviyaya getmək üçün Minskə getdiklərini iddia edirlər. Əslində 33 və yaxudprezident Lukaşenkonun iddia etdiyi kimi 200 muzdlu yaraqlının Belarusiya kimixüsusi xidmət orqanları olan bir dövlətdə çevriliş edə biləcəyi inandırıcıgörünmür. Sadəcə olaraq, bunu Putinin Lukaşenkonu hədələmək cəhdikimi də qiymətləndirmək olar. Son vaxtlar iki "qardaş" ölkə arasındaneft qiymətləri ilə bağı yaranan gərginlik, Belarusiya məhsullarının Rusiya ərazisinəidxalına süni maneələrin yaradılması, bununla əlaqədarprezident Lukaşenkonun Qərbə və ABŞ -a meyllənməsi Putin hakimiyyətiniqıcıqlandırmaya bilməzdi. 9 avqustda Belarusiyada keçiriləcək prezident seçkiləriərəfəsi Lukaşenkonun Qərblə arasını vurmaq Rusiyanın əlinə düşən fürsətdi. 26ildi hakimiyyətdə olan Lukaşenkoya qarşı ölkədə etirazlar var. Prezdentliyəreal namizədlər müxtəlif bəhanələrlə həbs olunaraq seçkilərdən kənarlaşdırılıb.Buna etiraz edən müxalif qüvvələr etiraz aksiyalarına çıxır. Rusiya tərəfi dəbundan istifadə edərək paytaxt Minskə göndərdikləri "Vaqnerçi muzdluları vasitəsi ilə hökumətləetirazçılar arasında təxribat törədərək, qarşıdurma yaradar və kütləviiğtişaşlar törədə bilərlər. Və Lykaşenko bu iğtişaşları yatırmaq məqsədi ilə güc tətbiq etmək məcburiyyətində qalar. Buisə təbii ki, "demokratiya carçıları sayılan" Qərbin və ABŞ-ın ciddinarazılığına səbəb olar, onlar "Batkadan üz döndərərlər. Yəni, Rusiyanın paytaxt Minskə göndərdiyi33 və ya 200 yaraqlı bu missiyanı həyata keçirə biləcəyi versiyası dahainandırıcı ola bilər. Putin hazırki vəziyyətdə hansısa təbii fəlakət baş verməzsə,Lukaşenkonun yenidən prezident seçiləcəyini hamıdan yaxşı bilir. Rusiya seçkilərərəfəsi vəziyyətdən istifadə edərək, sadəcə olaraq onu Qərbin və ABŞ -ın gözündənsalmaqla "kəndinə qaytarmağa çalışır".

Lakin istənilənhalda "Vaqnerçilərin bu missiyası alınmadı. İndiRusiya tərəfi çoxsaylı muzdlu yaraqlının birdən - birə, seçkilər ərəfəsindəBelarusiyada peyda olmasına don geyindirməyə çalışırlar. "Komsomolskayapravda" qəzeti yazır ki, 33 "Vaqnerçinin Minskdə tutulması Ukraynaxüsusi xidmət orqanlarının təxribatıdı. Qəzetinhekayəsinə görə, guya bu muzdlu qrup, hansısa "Serqey İvanoviçin" zəngiilə "Suriyada neft yataqlarının qorunması üçün" yaradılıb və Minskdənİstanbula uçmaq üçün Belarusiyaya gəliblər. Təyyarəyə gecikdikləri üçün Minsk ətrafındakısanatoriyaya yerləşiblər." Amma nədənsə sonradan "hardansa" gələntapşırığa əsasən İstanbula uçuş biletlərini elə sanatoriyanın həyətindəyandırıblar. Maraqlı hekayədi, deyilmi? Lakin "Batkanı belə cəfəng nağlıllarla aldatmaqolmaz. Xalqa müraciətində prezident Lukaşenko, Rusiya tərəfə " Bəlkə, mən coğrafiyanı yaxşı bilmirəm? Nə vaxtdan İstanbula yol Minskidənkeçir? Krımdan İstanbula iki addım yoldu, niyə ordan getmirlər?- deyə sualünvanlayıb...

Lakin Rusiyaüçün bu sualların cavabının heç bir əhəmiyyəti yoxdu. Kremlin keçmiş postsovetməkanını öz nəzarəti altında saxlamaq niyyəti heç kimə sirr deyil. Bunun üçünhekayələr, nağıllar uydurmaq, lazıım gələrsə hətta hədələmək, qorxutmaq belə, onlar üçün çətin məsələ deyil. Sonvaxtlar Paşinyan Ermənistanının da Qərbə meyyilənməsininqarşısını almaq üçün Paşikin tez-tez qulağının çəkilməsinin də şahidi olmuşuq.Neçə illərdi Ukraynaya edilən təcavüzlər, Qarabağ məsələsinin həllinə maneələr yaradılması da məhz bu qəbildəndir.

Rüstəm Hacıyev