adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Iyun 2020 18:08
14231
DÜNYA

Lukaşenko Qələbə paradına oğulları ilə gedəcək

"Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvada keçiriləcək Qələbə paradına oğulları ilə birlikdə gedəcək”.

Bu barədə "İnterfaks” Belarus prezidentinin mətbuat katibi Natalya Eysmonta istinadən məlumat yayıb.

Onun sözlərinə görə, prezidentin oğulları da onunla birlikdə tribunada olacaq.

Xatırladaq ki, Qələbə paradı iyunun 24-də Moskvada keçiriləcək.